AktualAktualArxivSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Qarabağ müharibəsində İngiltərənin mənfəəti

İkinci Qarabağ müharibəsinin enerji nəqli hövzəsində İranın geopolitik potensiallarına təsiri

Qafqaz Həqiqətləri xəbər verir ki, ikinci Qarabağ müharibəsi Azərbaycan, Türkiyə, sionist rejimi və İngiltərə arasında başlanan ortaq plan əsasında başladı, Rusiya özünün qısa və uzun müddətli hədəflərini izləmək məqsədilə və səhv hesablama ilə bu prosesdə adı keçən ölkələrlə əməkdaşlıq edərək 44 günlük müharibədə qondarma Qarabağ Respublikası və Ermənistanın ağır məğlubiyyətinə şərait yaratdı. Müharibədə təsir amili Azərbaycan Respublikasının müstəqil iradəsi deyil, məntəqənin siyasi və geopolitik düzümünü dəyişmək üçün regional və transregional oyunçuların hədəfləri və geopolitik istəkləri idi.

İkinci Qarabağ müharibəsində Qafqazda fərqli və bir-birinə zidd maraqları olan regional və transregional oyunçular arasında yekdillik yaratmaq əslində İran kartı üzərindən baş tutmuşdur. Müharibənin əsas məqsədi İranın Qafqazda, xüsusilə də Azərbaycan Respublikasında geopolitik, mədəni, dini və tarixi potensiallarını aradan qaldırmaq idi. 9 maddədən ibarət atəşkəs razılaşmasının ən mühüm maddəsi ölkədən ayrı qalmış Naxçıvanla Azərbaycan arasında koridor yaradılmasıdır. Bu koridor İran əleyhinə bir çox mənfi geopolitik təsirlər qoyur.

Naxçıvanın koridor vasitəsilə Azərbaycana birləşdirilməsi planı əslində Amerikanın “Qobl” layihəsidir və birinci Qarabağ müharibəsindən sonra ərazi mübadiləsi (Laçın koridorunun Zəngəzur koridoru ilə mübadiləsi) adı altında irəli sürülmüşdü. İkinci Qarabağ müharibəsində Türkiyə, Azərbaycan və sionist rejiminin məqsədi İranın Ermənistanla 42 km-lik sərhəd zolağını işğal etmək idi. Lakin İranın hərbi hərəkətlənməsi Ankara və Bakının bu fikirdən dönməsinə, koridor mübadiləsi mövzusunu izləməsinə səbəb oldu.

Sözügedən koridorun mahiyyəti hələ məlum olmasa da, belə görünür ki, Bakı-Ankara cəbhəsinin məqsədi ən azından vətəndaşların gediş-gəlişi, yük daşınması, enerji xətlərinin yaradılmasıdır.

Müdaxilə edən oyunçuların anti-İran yanaşmalarına diqqət etməklə, Zəngəzur koridorundan yeni enerji nəqli xətlərinin keçməsi İranın regiondakı enerji nəqli hövzəsində geopolitik potensiallarının əldən çıxmasına səbəb olacaq. Onun aspektləri bunlardır:

– Gələcəkdə İranın Naxçıvana qaz svopunun itirilməsi

– Gələcəkdə İranın Türkiyəyə qaz nəqlinin itirilməsi

– Türkmənistanın Türkiyəyə İran üzərindən qaz svopunun bərpa edilməməsi və itirilməsi

– İranın Ermənistana qaz nəqlinin zəifləməsi, yaxud itirilməsi

– Amerikanın transxəzər planının bərpası

Transxəzər planının layihəsi 1999-cu ildə İstanbulda ATƏT-in iclası çərçivəsində Amerika prezidentinin iştirakı ilə Azərbaycan, Gürcüstan, Türkiyə və Türkmənistan başçıları arasında imzalandı. Bu layihəyə əsasən, Türkmənistan qazı Xəzərin dibi vasitəsilə Azərbaycan və Gürcüstan üzərindən keçməklə Türkiyəyə ötürülməli idi. Lakin sözügedən layihə iki mühüm maneə ilə üzləşirdi ki, həmin səbəbdən 2001-ci ildə Aşqabad bu layihənin baş tutmadığını rəsmi şəkildə elan etdi. Həmin iki maneə bunlardır: 1. Xəzər dənizinin dibi vasitəsilə qaz borusu xətti çəkilməsinin hüquqi problemləri; 2. Ermənistanı fırlanaraq, Gürcüstandan keçməsinə görə yolun uzaqlığı.

Birinci maneə 2018-ci ilin avqustunda Xəzər dənizinin hüquqi statusu konvensiyasının imzalanmasında İranın strateji səhvi üzündən bir qədər aradan qalxdı. Əslində pantürkizm coğrafiyası xəttinin birləşməsi Moskva atəşkəs bəyanatı və Megri, ya Zəngəzur dəhlizi razılaşması ilə baş tutmazdan qabaq, Xəzərin hüquqi statusu konvensiyasındakı 11, 12 və 14-cü maddələrin çərçivəsində İran və Rusiyanın boru xəttinin Xəzərin dibindən inşası ilə razılaşması ilə baş tutmuşdu.

Transxəzər layihəsinin ikinci maneəsi isə Meğri (Zəngəzur) dəhlizinin inşası ilə aradan qalxır və Amerikanın bu planının bərpası üçün zəminə yaradır.

Nəticə

Yuxarıda qeyd olunan məsələlərə diqqət etməklə, qoca tülkü İngiltərə və Azərbaycanda kölgə hökuməti sayılan British Petroleum (BP) şirkətinin pantürkizm coğrafiya xəttinin birləşməsini dəstəkləməsinin səbəbini bilmək olar. İngiltərə və Qafqazda enerji balansında mühüm yer tutan BP istismarçı şirkətinin baxışında pantürkizm xəttinin birləşməsi Xəzər hövzəsi enerji nəqli layihələrinin iqtisadi sərfəsini daha artıq artıra və İranın geopolitik potensiallarını sıradan çıxara bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button