ArxivXəbər lentiXəbərlər

Qarabağ Azadlıq Təşkilatı hakimiyyəti qorxaqlıqda ittiham etdi

QAT Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələri ilə bağlı sərt bəyanat verib

İslamazeri.az-a QAT-dan verilən məlumata görə, bəyanatda deyilir:

“Qarabağ Azadlıq Təşkilatı ATƏT Minsk qrupuna həmsədrlik edən ölkələrin –ABŞ, Rusiya və Fransanın xarici işlər idarələri rəhbərlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin 2016-cı il mayın 16- da Vyanada keçirilən görüşü zamanı əldə olunan razılaşmanı qətiyyətlə rədd etdiyini bildirir. Verilən məlumata görə, tərəflər atəşkəs rejimini bərpa etmək, təmas xəttində baş vermiş hadisələri araşdırmaq, qarşılıqlı etimadı möhkəmləndirmək və sair bu kimi reallığı

əks etdirməyən məsələlərə dair razılıga gəliblər. Bu qərarlar münaqişənin ədalətli həllinə deyil, status-kvonun saxlanılmasına, torpaqlarımızın Ermənistanın işğalı altında qalmasına və birmənalı şəkildə işğaçı Ermənistanın maraqlarına xidmət edir. Vyana görüşündə həmsədrlərin ədalətli mövqe tutacağına, işğalçı Ermənistanı sülhə məcbur edəcəklərinə,Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması üçün təşəbbüs edəcəklərinə ümid edirik. Bu, bizim sonuncu ümidimiz idi, sonuncu ümid də özünü doğrultmadı. Artıq Minsk qrupu həmsədrlərinə, digər vasitəçilərə ümid etməyin mənası yoxdur. Biz Azərbaycan hakimiyyətinin Vyana görüşünə getməsini və ondan sonra danışıqların davam etdirilməsinə razılıq verməsini yanlış addım hesab edirik. Qarabağı danışıqlar yolu ilə azad etmək mümkün deyil, bu yolla Qarabağı düşmənə təhvil vermək olar. Danışıqlar yolu xəyanət yoludur. Hakimiyyət danışıqlar yolunu tutursa, deməli, xəyanət yolu ilə gedir.”

Təşkilat bəyantında hakimiyyəti xəyanət və qorxaqlıqda ittiham edib.

“Biz Azərbaycan hakimiyyətini qorxaqlıqda və qətiyyətsizlikdə ittiham edirik. Hakimiyyət ya qorxaqlığını, qətiyyətsizliyini etiraf edib kənara çəkilməli, ya da Aprel döyüşlərini davam etdirməli, torpaqlarımızın hərbi yolla işğaldan azad edilməsinə nail olmalıdır. Aprel döyüşləri zamanı Azərbaycan xalqı yüz minlərlə şəhid verməyə hazır olduğunu, milli iradəsini nümayiş etdirdi. Azərbaycan hakimiyyəti məhz xalqın bu iradəsinə söykənərək bütün vasitəçilərin rədd olub getmələrini tələb etməli, onları qovmalı və hərbi əməliyyatlara başlamalıdır. Başqa yolumuz yoxdyr! Ya Qarabağ, ya Ölüm!”, – deyə QAT-ın bəyanatında bildirilir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button