ArxivXəbər lentiXəbərlər

Akif Heydərli Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb

Azərbaycan İslam Partiyasının islamçı məhbusların “Tubzon”a köçürülməsi barədə açıqlama verməsinin ardınca Akif Heydərli DTX-yə çağırılıb.

Azərbaycan İslam Partiyasının funskioneri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb.

İslaminSesi internet qəzeti xəbər verir ki, bu barədə Akif Heydərlinin özü məlumat verib.

O, bu gün üçün Azərbaycan Respublikası DTX İstintaq baş İdarəsinə çağrılması ilə bağlı rəsmi bildiriş alıb.

Qeyd edək ki, Akif Heydərlinin hansı səbəb üzündən çağrıldığı hələki bilinmir.

Bu arada 4 islamçı məhbus bazar günü heç bir xəstəlikləri olmadığı halda vəba dispanserinə köçürülüb.

İslamazeri-nin verdiyi məlumatına görə, islamçı məhbuslar; Tərlan Ağadadaşov, Davud Kərimov, Rövşən Allahverdiyev, Elşad Rzayev və Telman Şirəliyevin “Tubzon”a köçürülmələrinin səbəbi 16 saylı CÇM-nin əməliyyatçısı Zöhrab Səmədovla yaranmış mübahisə olub. Tərlan Ağadadaşovun atası Faiqin bildirdiyi kimi Yusif Peyğəmbərin filminin klubda nümayiş etdirilməsilə bağlı Zöhrab etiraz etdikdən sonra, “zon”un rəisi filmin nümayişinə izin verib. Bundan sonra Zöhrab Səmədov PX-ə məruzə edibki, 16 saylı CÇM-də “islamçıların qruplaşması” var, bunun qarşısını alın. Bundan sonra PX ora məsul şəxs göndərir və o da, bəzi dustaqlarla görüşdükdən sonra 5 nəfərin “Tubzon”a, 3 nəfərin isə “kars”a salınması baş verir.”

Qeyd edək ki, sələfilərin əvvəllər 16 saylı CÇM-də təbliğatları geniş olub, hicab aksiyalarından sonra ora gedən hicab məhbusları onların təbliğatına əsas maneə olublar. Son aksiyada həbs olunan bu 5 nəfər isə, sələfilərə qarşı daha sərt mövqedə olaraq onların təbliğatına mane olmaq üçün ənənəvi islamı dustaqlara tanıdıblar. İslamazeri.az-a adının çəkilməsini istəməyən mənbə bildirib ki, vəhhabilər ənənəvi islamçıları “zon”lardan uzaqlaşdırılması müqabilində müxtəlif planlar cızıblar. Həbsxanalarda İŞİD, “Əl Qaidə” tərəfdarlarının sayının azalması vəhhabiləri narahat edib buna görə, ənənəvi islamı təbliğ edən ruhanilər və dindarlar CÇM-lərindən uzaqlaşdırılması üçün yeni planlar cızırlar. “Zon”ların rəisləri belə təkliflərə razı olmayacağını bildiklərinə görə, daha kiçik məmurlara öz təkliflərini təqdim edirlər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button