Aktual

Qətər əmirinin qızı atasını kəskin tənqid edib

“almasalah.com” saytında verildiyi məlumata görə, Qətər əmiri Həmd bin Ali Saninin qızı Hind, Twitter səhifəsində atasının Suriyaya qarşı siyasətini kəskin tənqid edib. O, rəsmi Dohanın “inqilab” adı ilə Suriyadakı terrorçuları dəstəkləməsini Qətər tarixi üçün rüsvayçılıq adlandırıb.

Xanım Hind öz səhifəsində deyib: “Atam Suriya inqilabını ona görə dəstəklədi ki, güman edirdi bu ölkədə baş verənlər xalqın istəyidir. Amma bu gün görürük ki, həqiqət tam əksinədir. Mən Suriyadakı müxalif silahlıların yayımladığı bir filmi müşahidə etdim. Onlar insanın ürəyini çıxarıb yeyirdilər. Bu, azadlıqsevər insanların istəyi çərçivəsinə sığmır. Həqiqətdə baş verən hadisə Suriya xalqına qarşı baş verən cinayətkarlıqdır.”

O, həmçinin Səudiyyə Ərəbistanındakı müftilərin Suriya xalqının qətliam edilməsi ilə bağlı olan fətvalarına və bu ölkədən göndərilən terrorçulara işarə edərək deyib: “Mənim əlimə yeni bir kadr düşüb. Orada göstərilir ki, Səudiyyə Ərəbistanından olan şəxs 21 Suriya vətəndaşını edam edir. Mənim fikrimcə burada xalq inqilabı terrorçuluq inqilabı ilə nəticələnəcək”.

Bu arada ərəbdilli “Əş-şəms” portalı yaxın gələcəkdə Qətər əmirinin istefa verəcəyi ilə bağlı məlumat yayıb. Saytın yazdığına görə, Həmd bin Ali Sanin həyat yoldaşı xanım Muzə öz oğlu, vəliəhd Təmimin tezliklə dövlət başçısı kürsüsünə əyləşməsini istəyir. Elə buna görə də o səhhətində ciddi problermlərlə üzləşən Qətər əmirinə təzyiq edərək onun istefa verməsini istəyir. Vəliəhd Təmim isə çoxdandır atasının Suriya ilə bağlı yürütdüyü siyasəti tənqid edir.

Emin Nəsirli

FaktXeber.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button