ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Putin: İranla əməkdaşlığı artıracağıq

Putin bu gün parlamentdə “Ölkənin vəziyyəti” kimi tanınan illik çıxışını edib. Rusiya prezidenti də çıxışında İranla əməkdaşlığın artırılması ilə bağlı açıqlamalar verib. “Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirəcək və bu, İran, Hindistan və Pakistanla əlaqələr üçün fürsət deməkdir. Biz İran, Hindistan və Pakistanla dostluq və əməkdaşlığı artıracağıq.”
Çıxışında Ukrayna ilə müharibə böhranına toxunan Putin, Ukraynadakı problemləri sülh yolu ilə həll etməyə çalışdıqlarını bildirib. Lakin o əlavə edib ki, Qərb hökumətlərinin Ukrayna böhranında verdiyi vədlər qəddar yalana çevrilib. Putin həmçinin bildirib ki, Rusiya öz maraqlarını qətiyyətlə həyata keçirir. Çıxışının davamında Putin Qərb ölkələrinin Rusiyada daxili sabitliyi pozmağa çalışdıqlarını, lakin məqsədlərinə nail ola bilmədiklərini, həmçinin Rusiya iqtisadiyyatının Qərbin təsəvvür etdiyindən daha möhkəm olduğunu bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button