ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Putin ilk dəfə olaraq NATO-nun təlimlərindən narahat olduğunu açıq şəkildə dilə gətirib

Vladimir Putin bildirib ki, Rusiya Federasiyası son vaxtlar Qara dənizdə olduğu kimi, onun sərhədləri yaxınlığında irimiqyaslı təlimlərin, o cümlədən planlaşdırılmamış təlimlərin keçirilməsi ilə bağlı müəyyən narahatlıqlar yaşayır.

Rusiya Prezidenti Vladimir Putin bunu “Rusiya çağırır!” investisiya forumunda çıxışı zamanı bildirib.

“Rusiya və Qərb cəmiyyəti arasında münasibətlər 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində “buludsuz” idi. NATO-nu bizim sərhədlərimizə doğru genişləndirmək nəyə gərək idi? Nə üçün? Bu suala kim cavab verə bilər? Bu suala məntiqli cavab yoxdur”, – deyə Rusiya prezidenti qeyd edib.

O, həmçinin qeyd edib ki, Rusiya sərhədləri yaxınlığında hərbi təlimlərin, o cümlədən planlaşdırılmamış təlimlərin keçirilməsindən narahatdır: “Rusiya Federasiyası da son vaxtlar Qara dənizdə olduğu kimi, onun sərhədləri yaxınlığında irimiqyaslı təlimlərin, o cümlədən planlaşdırılmamış təlimlərin keçirilməsi ilə bağlı müəyyən narahatlıqlar yaşayır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button