ArxivXəbər lentiXəbərlər

Polis təkbaşına aksiya edən şəxsi saxlayıb

Yanvarın 25-də gənc fəal Rafael Hüseynzadə Azərbaycan Neft və Sənaye Universitetinin Azadlıq prospektində yerləşən binası önündə tək aksiya keçirib.

Gənc fəal siyasi məhbus sayılan şəxslərə azadlıq tələb edib.
“Hakimiyyət mitinq keçirməyə imkan vermir (Milli Şuranın yanvarın 26-da keçirmək istədiyi mitinqə şəhər rəhbərliyi razılıq verməyib). Ona görə də təkbaşına aksiya keçirməyə məcburam”,- R.Hüseynzadə bildirib.
Gənc fəal əlavə edib ki, əgər polis onu saxlamasa, hər gün aksiya keçirəcək.
R.Hüseynzadəni bir qədər sonra polislərin saxladığı bildirilir. Amma onun yerini, hələlik, müəyyən etmək mümkün olmayıb. Onun saxlanması ilə bağlı deyilənlərə və keçirdiyi aksiyaya rəsmi qurumlardan münasibət almaq cəhdləri nəticə verməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button