ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Polis şöbəsində intihar olub – SABİRABADDA

Sabirabad polis şöbəsində intihar hadisəsi baş verib.
Qafqaz.ir xəbər verir ki, hadisə Sabirabad rayon polis şöbəsinin məhbusları müvəqqəti saxlama məntəqəsində baş verib.
Məntəqədə saxlanılan şəxs özünü idman şalvarının belindəki iplə asaraq intihar edib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri 4 dəfə (3 dəfə CM-nin 177-ci və 1 dəfə CM-nin 234-cü) məhkum olunan 1984-cü il təvəllüdlü Əli Hüseynov məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə təqsirli bilinərək 2 aylıq həbs cəzası olub. O, özünü şalvarının lifindən hazırladığı iplə boğub.
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button