ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Polis İdarəsində zorlama ilə təhdid edilən dindar danışdı

7 aprel tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü Nicat Əliyevin işi ilə bağlı ilkin hazırlıq iclası keçirilib.

Qafqaz Həqiqətləri xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Müsəlman Birliyi Hərəkatının üzvü Nicat Əliyev çıxış edib. O, saxlanıldığı zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yaşadığı işgəncələrdən danışıb. Narkotik maddələrin ona məxsus olması üçün «bandotdel»də təzyiqə məruz qaldığını bildirib:

“…bilirsən də, sənin MBH-çı dostların “səmimi etiraf” imzalamayanda başlarına nə gətirmişik? İmzala, yoxsa dubinka ilə zorlaman olacaq” deyə o bildirib.

Növbəti məhkəmə iclası aprelin 28-nə təyin edilib.

Xatırladaq ki, ölkədə geniş hal alan inanclıların həbsi sırasında 2022-ci il dekabrın 2-də Nicat Əliyevdə saxlanılmışdı. Barəsində cinayət məcəlləsinin 234.4.3-cü maddəsi ilə (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) cinayət işi açılan inanclı MBH üzvlərinə qarşı reperesiyaların davamı olaraq şərlənərək saxlanılıb.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button