ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Dindarın bütün şahidləri polislərdir

Aprelin 7-də Müsəlman Birliyi Hərəkatının üzvü Mirtofiq Hüseynovun Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə ilkin hazırlıq iclası keçirilib.

Qafqaz Həqiqətləri xəbər verir ki, vəkili Zibeydə Sadıqova, M.Hüseynovun ev dustaqlığına buraxılması haqqında vəsatət qaldırıb. Lakin onun vəsatəti təmin olunmayıb:

“Mirtofiq Hüseynovun istintaq müddəti bitib. Artıq onun qaçmaq, şahidlərə təsir etmək və digər ehtimal edilən ənəlləri törətmək imkanı yoxdur. Mirtofiqin bütün şahidləri polislərdir. Axı o, polislərə necə təsir göstərə bilər? Eyni zamanda evində 3 azyaşlı övladı var. Üstəlik, o, evə qazanc gətirən yeganə şəxsdir. Mirtofiqin belindəki yırtıq da onun səhhətində ciddi problemlər yaradıb”.

Vəkil onu da bildirib ki, Mirtofiqə ərizədə 234.1-ə imza atdırdıqlarına inanadırıb lakin sonradan məlum olub ki, maddə dəyişdirilib 234.4.3-külli miqdarda narkotikin istehsalı, satışı və s cinayətlərdə ittiham edilib.

Növbəti məhkəmə iclası 9 aprel saat 11:45-ə təyin edilib.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button