ArxivXəbər lentiXəbərlər

Avropa Oyunlarına gələn turistlərin sayı açıqlandı – RƏSMİ

XİN məlumat yayıb.

I Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana səfər edən əcnəbilərin sayı 28 min nəfərdən artıq olub.

Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, I Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün ölkəyə səfər edən əcnəbi vətəndaşlara bilet və ya biletin alınmasını təsdiq edən sənəd əsasında Oyunların açılışına 10 gün qalmışdan başlayaraq 2-28 iyun tarixlərində Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən operativ qaydada viza rəsmiləşdirilməsi həyata keçirilib.

Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün bilet alan əcnəbilər sırasında Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button