ArxivXəbər lentiXəbərlər

Sərdar Cəlaloğlu: “Qüds günü təcavüzə məruz qalan ölkələr üçün mühüm əhəmiyyətə malikdir”

Bütün dünyada hər il Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək münasibəti ilə beynəlxalq Qüds Günü qeyd edilir. Azərbaycanda da bu tədbir hər il müxtəlif formatlarda qeyd olunur.

ADP sədri Sərdar Cəlaloğlu Qüds Gününü müqəddəs savaş günü adlandıraraq bildirib ki, bu gün əslində dünya müsəlmanlarının həmrəylik günü hesab olunur və Qüdsün müdafiəsində bir araya gəlmə tələb olunur: “Əqsa məscidi bütün İslam dünyasının Kəbədən sonra ikinci müqəddəs məscididir. Qüds dünya müsəlmanları üçün buna görə əzizdir və bu səbəbdən müdafiə edilir. Bu gün dünya müsəlmanlarını bir amal uğrunda birləşib zülmə, haqsızlığa, işğala qarşı mübarizəyə qalxmağa səsləyir.”

S.Cəlaloğlunun sözlərinə görə, Azərbaycan xalqının böyük hissəsi də İslam dininə etiqad etdiyi üçün dünya müsəlmanları üçün çox mühüm əhəmiyyətə malik Quds günü bizim üçün də son dərəcə önəmlidir:
“Ələlxüsus da Azərbaycan və Azərbaycan kimi təcavüzə məruz qalan ölkələr üçün bu günün qeyd olunması mühüm əhəmiyyətə malikdir. Çünki Azərbaycanın Qarabağ yarası, Qarabağ dərdi var. Bu günün hər il cəmiyyət tərəfindən qeyd edilməsi gənclərimizi torpaqlarımızı işğaldan azad etməyə, vətənpərvərliyə və mübarizəyə səsləyir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button