ArxivXəbər lentiXəbərlər

QÜDS GÜNÜ – ZÜLMƏ, TƏCAVÜZƏ, İŞĞALA “YOX!” DEMƏK GÜNÜDÜR

İlqar İbrahimoğlu: “Qüds Günü bir yadasalma, mənəvi səfərbərlik, manqurtlaşmamağın simvoludur”

Qüds Günü ilk dəfə 1979-ci ildə İran İslam İnqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bir çox müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri məqsədi ilə Qüds Günü keçirilir.

Mübarək Ramazan ayının son cüməsi bütün dünyada olduğu kimi Azərbaycanda da beynəlxalq Qüds günü kimi qeyd edilir.

İslaminsesi.org bu gündən başlayaraq sizi Qüds Günü və onun önəmi ilə bağlı ilahiyyatçıların, siyasətçilərin və ölkənin digər tanınmış ziyalılarının mövqeyi ilə tanış edəcək. Beləliklə ilk müsahibimiz tannmış ilahiyyatçı, DEVAMM sədri hacı İlqar İbrahimoğludur .

– Qüds Günü müsəlmanlar üçün hansı anlam kəsb edir?

-Qüds Günü – izzət günüdür. Qüds günü – İslam günüdür. Qüds Günü – zülmə, təcavüzə, işğala “yox!” demək günüdür. Qüds Gününün mahiyyətində azadxahlıq, hürrsevərlik durur.  Bu baxımdan sözsüz ki, bu gün dünya müsəlmanları üçün çox mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, islam aləmində Ramazan ayının son cüməsi Qüds Günü olaraq hər il davamlı olaraq qeyd edilir.

-Sizcə Qüds Günü xalqımız üçün nə dərəcədə önəmlidir?

– Bu gün, xalqımız üçün xüsusi önəm kəsb edir. Qarabağ dərdi, Xocalı ağrısı yaşayan biz azərbaycanlılar üçün Qüds Günü bir yadasalma, mənəvi səfərbərlik, manqurtlaşmamağın simvoludur. İnşallah, məhz Qüds günü yaşatmaq ruhiyyəsi ilə Qarabağımızı yağı düşməndən geri alacağıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button