ArxivFilm​QarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Paşinyan Bakını İrəvana qarşı ərazi iddialarında günahlandırır

Ermənistanın baş naziri sülh müqaviləsi imzalandıqdan sonra Bakının İrəvana ərazi iddiaları irəli sürəcəyini iddia edib.
Nikol Paşinyan fikrini əsaslandırmaq üçün Azərbaycan prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsindən sitat gətirib.
“Əliyev bildirib ki, Ermənistana qarşı ərazi iddiaları yoxdur. Bununla yanaşı, əlavə edib ki, iki ölkə arasında sərhədlər müəyyən edilməyib”.
O, Ermənistanla Azərbaycan arasındakı sərhədlərin 1991-ci il Alma-Ata bəyannaməsilə müəyyən edildiyini vurğulayıb, lakin Azərbaycan tərəfini ittiham edib ki, bu dövlət delimitasiya və demarkasiya prosesində isə Ermənistana qarşı ərazi iddiaları irəli sürmək istəyir.
Onun sözlərinə görə, “Azərbaycanın könüllü və tez-tez müxtəlif yerlərdə bayraqlar asmaq üçün güc tətbiq etməsi sərhədlərin demarkasiyasına və bütövlükdə sülh prosesini pozmaq aktına bənzəyir”.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Nikol Paşinyanın iddialarına reaksiya verib.
Nazirlik hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında normallaşma prosesinə müsbət töhfə vermək əvəzinə, vəziyyəti gərginləşdirmək yolunu tutub.
“6 oktyabr 2022-ci il tarixində Praqa görüşündə 1991-ci il Alma-Ata bəyannaməsinin Azərbaycan-Ermənistan arasında sərhədləri müəyyən etdiyini, Alma-Ata bəyannaməsinin delimitasiya üçün əsas kimi qəbul edildiyini bəyan edən baş nazir Nikol Paşinyanın eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi, Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimi təbliğ etməsi İrəvanın ərazi bütövlüyü və suverenliyə, eləcə də delimitasiya prosesinə sadiq olmadığını nümayiş etdirib”, – deyə Mətbuat İdarəsi bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button