ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sepah-in dəniz qüvvələrinə modern raketlər əlavə edilib

Raketlər, pilotsuz təyyarələr və elektron döyüş sistemləri də daxil olmaqla yeni strateji avadanlıqlar İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın komandanı general-mayor Hüseyn Səlami və SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandiri kontr-admiral Əli Rza Təngsirinin iştirak etdiyi mərasimdə SEPAH-ın hərbi dəniz qüvvələrinə təhvil verilib.
Mərasimdə çıxış edən kontr-admiral Əli Rza Təngsiri bu yeni silahları SEPAH Hərbi Dəniz Qüvvələrinin döyüş imkanlarının genişləndirilməsində “əsas və təsirli addım” kimi qiymətləndirib.
O, qeyd edib ki, yeni qanadlı və ballistik raketlər süni intellektlə təchiz olunub, daha uzun məsafələrə malikdir, dərhal atışa hazırlana, düşmənin elektron döyüş sistemlərini məhv edə, müxtəlif istiqamətlərdən təyin olunmuş hədəfləri vura bilir.
Komandir həmçinin izah edib ki, yeni pilotsuz təyyarələr daha uzun uçuş dözümlülüyünə malikdir, daha böyük və daha ağır döyüş sursatları ilə silahlanıb, elektron müharibə şəraitində, mobil hədəfləri partlatmaq və dəniz hədəflərini böyük dəqiqliklə vurmaqda istifadə oluna bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button