ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Parisdə kürdlərlə polis arasında artıq ikinci gündür toqquşma baş verir

şənbə günü Parisdə artıq ikinci gündür ki, polislə cümə günü icmalarının üç üzvünün qətl edilməsinə görə qəzəbli olan kürd icması arasında toqquşma yaşanıb.
Kürdlərin daha əvvəl din etiraz aksiyası keçirdiyi Respublika meydanına yaxın ərazidə maşınlar aşırılıb, azı bir maşın yandırılıb, başqa kiçik yanğınlar törədilib.
Bəzi nümayişçilərin meydanı tərk edərkən polisə mərmi atması, polisin isə gözyaşardıcı qazla cavab verməsi nəticəsində toqquşma yaşanıb. Toqquşma təxminən iki saat davam edib, daha sonra isə etirazçılar dağıdılıb.
Cümə günü bir silahlı şəxs qətlləri Parisin 10-cu rayonunun məşğul hissəsində kürd mədəniyyət mərkəzi və yaxınlıqdakı kafedə törədib.
Polis 69 yaşlı kişini həbs edib. Onlar onun bu yaxınlarda bir il öncə Parisdə miqrant düşərgəsinə qılıncla hücumla əlaqədar mühakimə olunmadan öncə polis nəzarətindən sərbət buraxıldığını bildirib.
Paris prokuroru Lor Beko cümə günü bildirib ki, istintaq çərçivəsində mümkün irqçi motivlər də araşdırılacaq, ancaq kürd nümayəndələr bunun terror hücumu hesab edilməli olduğunu deyib.
Cümə günü qəzəbli izdihamın polislə toqquşmasının ardınca Fransa kürd demokratik şurası (CDK-F) vebsaytı və sosial media kanallarında şənbə günü günorta saatlarında Respublika Meydanında toplaşmağa çağırış edib.
Şənbə günü meydana yüzlərlə insan toplaşıb, onların çoxu əllərində bayraqlar dalğalandırıb. Onlarla birlikdə siyasətçilər, o cümlədən Parisin 10-cu rayonun meri də etiraz aksiyasında iştirak edib.
“Bizi heç qorumurlar. Son 10 ildə Parisin mərkəzində gün işığında 10 kürd fəal qətlə yetirilib,” CDK-F-in sözçüsü Berivan Fırat BFM TV-yə bildirib.
Cümə günü törədilən qətllər Parisdə üç kürd qadının öldürülməsinin 10-cu ildönümünü qeyd etməyə hazırlaşan kürd icmasında xüsusi təşvişə səbəb olub.
“Kürc icması qorxur. Onlar onsuz da (2013-cü ildə) üçlü qəttlə travma alıblar. Onların cavablara, dəstəyə və diqqətə ehtiyacları var,” CDK-F-ni təmsil edən vəkil David Andic cümə günü jurnalistlərə deyib.
Parisin polis rəisi şənbə günü səhər, etiraz aksiyasından əvvəl kürd icmasının üzvləri ilə görüşməli idi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button