Aktual

Oruc tutmaq barədə bunları bilirikmi?

Kimlərə oruc tutmaq vacibdir? Oruc tutanın niyyəti necə olmalıdır? Orucu batil edən əməllər hansılardır?

İslamazeri.az “Din” rubrikasında oruc tutmaq barədə əsas məlumatları izləyicilərinin diqqətinə çatdırır.

Kimlərə oruc vacib deyil?
1. Oruc tutmağın çətin olduğu qoca kişi və qadınlara
2. Orucun uşağına və ya özünə ziyan olacaq hamilə qadınlara
3. Orucun zərəri olan süd verən qadına
4. Orucun ziyanı olacaq xəstəyə
5. Həddi buluğa çatmayan şəxslərə
6. Heyz və nifas qanı görən qadına
7. On gün qalmaq şərti ilə olan müsafirə

Orucun niyyəti necə edilməlidir?
Oruc tutanın niyyəti bu olmalıdır ki, insan Allahın əmrini yerinə yetirmək üçün sübh azanından şam azanına qədər orucu batil edən şeylərdən çəkinsin. Şərt deyil ki, oruc tutmağı niyyət etmək üçün hər hansı bir cümləni fikrindən keçirsin və ya dilinə gətirsin.

Gecə oruc tutmaq niyyətim olub lakin səhər imsaka oyana bilməmişəm. Orucum düzgündürmü?
Orucu batil edən işlərdən heç birini etməmisinizsə orcudun düzgündür.

Orucu nə pozur və ya oruc tutan nələrdən çəkinməlidir?
1. Yemək və içmək
2. Cima (cinsi yaxınlıq)
3. İstimna (bilərəkdən özündən sperma xaric etmək)
4. Allah, Peyğəmbər (s) və İmamların adından yalan danışmaq
5. Qatı tozu udmaq
6. Başı suya batırmaq (Müctehidlər fikri bu məsələdə fərqlidir)
7. Sübh azanına qədər cənabət halında qalmaq
8. Mayelərlə imalə etmək (İynə vasitəsi ilə dərman qəbulu)
9. Qəsdən qusmaq

islamazeri.az

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button