ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Nümayəndələr Palatası Ermənistanla yanaşı Qarabağa da yardım ayırır

2023-cü maliyyə ili Dövlət, Xarici Əməliyyatlar və Əlaqədar Proqramlar Palatasının təxsisatları haqqında qanun çərçivəsində Ermənistana 60 milyon dollar, qondarma rejimə isə 2 milyon dollar məbləğində yardım nəzərdə tutulub.

Layihənin Qarabağla bağlı bəndində deyilir ki, minalardan təmizləmə fəaliyyətləri üçün ən azı 2 milyon ABŞ dolları ayrılır. Burada Dağlıq Qarabağdakı münaqişənin humanitar təsirini aradan qaldırmaq üçün ermənilərin mənzil, su və kanalizasiya, səhiyyə və ərzaq təhlükəsizliyi kimi problemlərinin həllinə köməklik göstəriləcək.

Qanun layihəsində həmçinin Azadlığa Dəstək Qanununun 907-ci maddəsinə də işarə olunub. Bundan öncə, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez, eləcə də Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff hökumətin keçən həftə 907-ci düzəlişinmüvəqqəti ləğvi ilə bağlı ciddi narahatlıqlarını ifadə etmişlər.

Xüsusilə də Şiff qismən bildirib ki, Azərbaycana hərbi dəstək göstərmək “millətimizin əsas demokratik dəyərlərinə ziddir” və “Əliyev hökumətinə ermənilərə qarşı təxribat xarakterli hərəkətlərini davam etdirmək və ya gücləndirmək səlahiyyəti verə bilər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button