Aktual

Neft buruğundan daha zəngin olan Səfər Əbiyev

Külli miqdarda maliyyə və biznes şəbəkəsinə malik olan Səfər Əbiyevin müdafiə naziri postundan uzaqlaşdırılması onun personasını daha da cəlbedici edir.

1382853171seferebiyevnazi

Külli miqdarda maliyyə və biznes şəbəkəsinə malik olan Səfər Əbiyevin müdafiə naziri postundan uzaqlaşdırılması onun personasını daha da cəlbedici edir. Bu dəfə sabiq nazir məcazi mənada desək, onu “parçalamağa hazır olan” məmur-oliqarxların hədəfindədir. Postu ilə bərabər keçmiş imtiyazlarını da itirən general – polkovnik Əbiyev bəziləri üçün böyük bir xəzinə anlamındadır. 20 ilə yaxın nazir vəzifəsi tutmuş bir şəxsin postundan kənarlaşdırılması onun əmlakının yenidən bölünməsi həvəsində olan xeyli dərəcədə nəhəngi fəaliyyətə başlamağa sövq edir.Vəzifədən getmək avtoritar hakimiyyətlərdə faciəvi olur. Əgər demokratik ölkələrdə vəzifəsini itirmək yeni karyera qurmaq üçün bir vasitədirsə, avtoritar rejimlərdə bunun tam əksidir. Əlində milyonlarla vəsaiti olan şəxsin özünü müstəqil sima kimi aparması, yaxud müxalifətə keçə bilmək imkanı mövcud olur. Bunun qarşısını almağın bir yolu var – illər ərzində qanunsuz yollarla yığılan sərvətin əlindən alınması, dikbaşlıq edənlərin isə həbsxanaya göndərilməsi. Bu baxımdan, Səfər Əbiyevin milyonları onun üçün əsl faciəyə çevrilə bilər. Sabiq müdafiə naziri 20 ilə yaxın “əsgərlərin son tikəsinin” hesabına yığdığı pulları digər məmur – oliqarxlara “peşkəş” etməli olacaq. Yaranmış vəziyyətdə onun üçün yeganə çıxış yolu həbsdən azad olmaq üçün bütün bu sərvətlərindən könüllü imtina etmək və sabiq təhsil naziri Misir Mərdanovun taleyini yaşamaqdır. Göründüyü kimi, Səfər Əbiyev iqtidardakı rəqibləri və rejimin cəza aparatı üçün bir neçə neft quyusundan daha zəngin və cəlbedicidir.İndi bir sual cavabını axtarır. Səfər Əbiyev və onun kimi “vurulmuş” sabiq məmurların sərvətlərinin tam məbləği və yerini tapmaq mümkün olacaqmı? İstisna deyil ki, vurulan məmurlar öz sərvətlərinin mühüm bir hissəsini çox etibarlı və mürəkkəb üsullarla hifz edirlər. Lakin istənilən məmur istənilən anda “qara siyahıya” düşə bilər və odur ki, onların maliyyə şəbəkəsinin dəqiq siyahısı siyasi rəhbərliyə öncədən bəlli olur.
Səfər Əbiyev bir çox qanun pozuntularında adı hallanan sabiq məmurdur. Lakin onun vurulmasında seçkilərdən sonrakı dövrdə rəsmi Bakının Qərblə münasibətlərinin pozulması önəmli rol oynadı. S.Əbiyev illər uzunu onu nazir postunda müdafiə edən Qərbə qarşı “kaset qalmaqalı”nın önəmli fiquruna çevrildikdən sonra zirehlərini soyunmuş oldu və son nəticədə ictimai rəydəki mənfi və yırtıcı imici ilə istefaya göndərildi. Növbəti mərhələdə isə onun sərvətinin talanması və hətta həbsi də gündəmə gələ bilər.
Xatırladaq ki, Azərbaycan hakimiyyəti zaman – zaman pul kisələri həddən ziyadə şişmiş məmurların əmlakına əl qoyur və bunu bir növ profilaktik tədbir kimi həyata keçirir. Mütəmadi olaraq, hakimiyyət iri çaplı məmurların əmlakından xərac alır, onların biznes sahələrinə əl qoyur.Azərbaycanda pullara total nəzarət var. Odur ki, vurulmuş şəxslərin harınlığa yol açan sərvətlərini qoruyub saxlamaları imkansız görünür. Onu da vurğulamaq lazım gəlir ki, Azərbaycanda iqtisadiyyatın önəmli hissəsi gizlidir və oliqarx-məmurların əllərində olduqca böyük pullar mövcuddur. Hətta oliqarxların əllərində olan sərvətlər dövlət büdcəsindən də çoxdur. Bu isə hakimiyyət üçün böyük təhlükə mənbəyidir. Odur ki, bütün avtoritar idarəçiliklərdə olduğu kimi, Azərbaycanda da “pul kisələri” şişmiş oliqarxlar əvvəl-axır siyasi hakimiyyətin qəzəbinə tuş olur. Bu baxımdan, ehtimal edə bilərik ki, “qələmi qırılmış” Səfər Əbiyevin də taleyi artıq həll olub və onun üçün ən ağır günlər başlayır. İlkin mərhələdə sabiq nazir sərvətini təslim etməli, sonra isə ya həbsxanaya, ya da “mədəni sürgünə” getməli olacaq…

Musavat

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button