ArxivXəbər lentiXəbərlər

Naxçıvanda Azərbaycan və İranın sərhəd xidmətlərinin rəhbərləri görüşdü – Fotolar

Aprel ayının 13-də Naxçıvan şəhərində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri geniş tərkibdə nümayəndə heyətlərinin gorüşü keçirilib.

 DSX-nın Mətbuat Mərkəzindən AzadXeber.az-a verilən məlumata görə, gorüş zamanı Azərbaycan-İran dovlət sərhədində, dovlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət və onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb, narkotik maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya və digər transsərhəd cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.

 Əldə olunmuş razılaşmalara uyğun olaraq “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsi və dovlət sərhədindən vətəndaşların gediş-gəlişinin asanlaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyi nümayəndə heyətləri tərəfindən qeyd olunub.

 Ölkələr arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi nəzərə alınaraq dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, Azərbaycan-İran sərhədində təhlükəsizlik və sabitliyin qorunub saxlanılmasında sərhəd qurumlarının rəhbərləri arasında görüşlərin bilavasitə bölgələrdə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

 Müzakirələr zamanı I Avropa oyunları ərəfəsində və keçirilməsi zamanı dövlət sərhədində təhlükəsizliyin təmin edilməsi məqsədilə sərhəd qurumları arasında qarşılıqlı əlaqənin gücləndirilməsi nəzərdən keçirilib.

 Səfər çərçivəsində İran nümayəndə heyətinin rəhbərliyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbov tərəfindən qəbul edilib. Gorüşdə Azərbaycanla İran arasında genişlənən əlaqələr çərçivəsində sərhəd qurumlarının rolu xüsusi qeyd olunub, iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da möh­kəm­ləndirilməsinin vacibliyi vurğulanıb.

 Həmin gün təşkil olunmuş mədəni proqram çərçivəsində İran nümayəndə heyəti üçün Naxçıvan şəhərində gəzinti təşkil edilib, qonaqlar qədim memarlıq sənətinin inciləri “Naxçıvan Qalası”, “Xan Sarayı” və “Möminə Xatun türbəsi” kimi tarixi abidələrlə tanış olublar.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button