ArxivFatimi yaşayişIslammədəniyyatNardaranŞəkil​SONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Nardaranda kütləvi şəhid dəfninin qarşısının alıdnığı iddia olunur FOTO

Sosial şəbəkələrdə şəhid Hüseyn Xəlilovun Nardaranda izdihamla dəfn olunmasına mane olunduğu barədə məlumatlar paylaşılıb.

   polislər şəhidin nəşini evə gətirməyə icazə verməyiblər və birbaşa xəstəxanadan çıxarıb qəbiristanlığa aparılmasına göstəriş veriblər.

Bundan hiddətlənən şəhidin yaxınları və Nardaran sakinləri ilə polislər arasında qarşıdurma yaranıb. İddialara görə, döyülənlər və saxlanılanlar da olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə “Qafqazinfo”ya açıqlamasında saxlanılan və ya həbs edilən olmadığını bildirib. Onun sözlərinə görə, H. Xəlilovun da dəfn mərasimi ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilib:

“Dəfndə yalnız şəhidin yaxın qohumları iştirak edib. Buna baxmayaraq bir qrup insanın da dəfnə qatılmağa cəhd etməsi xüsusi karantin qaydalarına zidd olub. Buna görə də polis həmin şəxsləri saxlayıb. Onlarla izahedici söhbətlər aparılıb və hamısına xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Dəfndə saxlanılan və ya həbs edilən olmayıb. Eyni zamanda, heç bir insident və qarşıdurma halı qeydə alınmayıb”.

Qeyd edək ki, ötən gün Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanaraq 6 aydır hospitalda müalicə alan Nardaran qəsəbə sakini Hüseyn Xəlilov şəhid olub.

Xatırladaq ki, şəhidin valideynləri dünən Kamil Zeynallıya videomüraciət edərək aidiyyatı qurumlardan şikayət edirdilər. Onlar övladlarına qulluq edilmədiyini bildirirdilər.

Giperssilka

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button