Qadin və hicab

Müxtəlif növ çadralar ilə tanışlıq

 

 

 

 

 

 

 

Milli çadra55

Milli çadra sadə İran çadrası kimidir, lakin əlləri çıxartmaq üçün qolları var. Bu çadraların bəzi növlərinin qabağı açıq olur, bəzilərində isə çadranın qabağı gizli zamok, yaxud düymə ilə bağlanır. Bu çadrada hərəkət etmək daha rahatdır və uşaqlı xanımlar, tələbələr üçün məsləhətlidir. Milli çadra ilə sürücülük də rahatdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tələbə çadrası36

Tələbə çadrası tamamilə sadə İran çadrası kimidir, lakin qolları çıxartmaq üçün yer qoyulub. Çadranın formasını pozmadan qol üçün qoyulmuş yerdən uşağın əlindən tutmaq, yaxud çanta götürmək üçün əlləri çıxartmaq olar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kəmər çadrası

99

Kəmər yaxud Qacar çadrası İrandakı ən qədim çadra növlərindəndir. Bu çadra Qacar hökuməti dövründə geniş şəkildə istifadə olunub.

Çadra köynək kimi başdan keçirilir, arxadan birbaşadır, lakin qabaqdan iki hissədən ibarət kimi görünür. Bu çadra kəmər ilə arxadan düyünlənir və bu, çadranın ağırlığını azaldır. Çadranın dəstələri olan üst hissəsi baş üstü rezin ilə sabit saxlanılır, onun uzunluğu dizədəkdir. Bu çadra sadə çadradakı dəqər parça ilə hazırlanır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şallı çadra 21
Şallı çadralar şal tikilmiş mantoya oxşayır və gizli zamok vasitəsi ilə bağlanır. Bu çadraların uzun və qısa şallı iki növü var. Uzun şallı növündə şalın uzunluğu ayağadəkdir, qısa şallı növdə isə şalın uzunluğu dirsəyədəkdir. Bu çadra cavan xanımlar tərəfindən daha çox bəyənilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əmarat çadrası 17
Əmarat çadrası adından məlum olduğu kimi ərəb çadralarındandır. Bu çadranın 40 sm-lik qolları olduğu səbəbindən digər ərəb çadralarından daha formalıdır. Bu çadranın qarşısı açıqdır, lakin şəxsin səliqəsinə uyğun olaraq çadranın qarşısına zamok və ya düymə tikmək olar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Lobnan (Livan) çadrasıUntitled-1147852
Bu çadranı geyinən şəxs əllərini açdıqda, bu sizə yarasa tipli mantoları xatırladacaq. Çünki bu çadranın qolu yoxdur, əlləri çıxartmaq üçün çadrada yer qoyulub və 10 sm-lik çıxış əlavə olunub. Çadra rezin ilə baş üzərində saxlanılır və onun qabağı diaqonal şəkildə (yəni sağ-sol istiqamətində) bağlanır. Çadranın qarşısı bağlandıqda onun sol tərəfi sizin sağ böyrünüzdə olur. Çadra çənənin altından və sinənin üstündən bir düymə ilə bağlanır. Bu çadranın qapalı olması çadranın altından istədiyiniz rahat paltarı geyinməyə imkan verir. Çünki heç bir halda çadranın qarşısı açılmır.

 

 

 

 

 

 

 

Hicaz çadrasıUntitled-158589

Bu modeldə qollar daha aşkar görünür. Lobnan çadrası kimi diaqonal, sağ-sol istiqamətdə bağlanır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əba çadrası24
Bu növ çadra ən əsas Ərəb çadralarındandır. Ərəblər arasında əba adlanır, bu çadraya çox parça işlənir və bu səbəbdən çadranın xüsusi genişliyi olur. Onun çox geniş olması xanımlar üçün kamil və rahat bir geyimə çevrilməsinə səbəb olub.

Cəlabib çadrası

Hal-hazırda cəlabib çadrası daha çox istifadə olunur. Xanımlar üçün kamil və rahat hicab olduğu üçün əksəriyyət tərəfindən bəyənilir. Iran modelyer xanımlarının yaradıcılıq nümunələrindən olan bu çadranın 14 özəlliyi var. Çadranın alıcılar tərəfindən yüksək səviyyədə bəyənilməsi bu çadra barəsində sayt hazırlanmasına səbəb oldu. Cəlabib saytında cəlabib çadrası barəsində kamil məlumat, şəkil albomları, satış nümayəndəliklərinin adresi, internet maqazini və sayir məlumatlar yerləşdirilib. Cəlabib çadrasının modeli əksəriyyət tərəfindən bəyənilir, bu çadranın ölkə xaricindən də çoxsaylı alıcıları var. Bu çadranın şüarı belədir: “Mən hicabımı yox, Hicabım məni qorusun.” Bu çadranın çox modelləri var və onun üç növü “qara”, “ehram”, və “rəngli” adları ilə tanınır. Bu çadra ilk dəfə 14-cü beynəlmiləl Qurani-kərim sərgisində nümayiş olundu və uca məqamlı Rəhbər tərəfindən alqışlandı.
Bu çadranın özəllikləri ibarətdir:
1. Üzün ölçüsünə uyğun nizamlamaq.
2. Dəstəmaz almaq üçün gizli qol və zamok.
3. Məqnə.
4. Qolçaqlı qol və qış fəsli üçün qola malik olması.
5. Dəstəmaz, süd vermək, çanta və telefonu götürmək, çadra daxilindəki cibdən istifadə etmək üçün çadranın qarşısında gizli zamokun yerləşdirilməsi.
6. Bəzi növlərində mobil telefonu üçün xüsusi yerin olması.
7. Zahirən adi çadralara oxşaması.
8. Bəzi növlərində rübəndin yerləşdirilməsi və bütün növlərdə şəxsin üzünü tuta bilmək imkanı.
9. Məqnə, manto və qolçaqdan istifadə etmədən kamil hicab olması.
10. Çadranın altında çanta tutmaq imkanı .
11. Adi çadralarda istifadə olunan miqdarda parçadan. hazırlanması ilə yanaşı münasib genişliyə malik olması və bədənin görünməməsi.

 

Hüsna çadrasıgg

Hüsna çadrasının qollu bir məqnəsi var. Bu məqnə əslində manto, qolçaq və hətta üz örtüyünün yerini doldurur. Bu hicab qədimdən İran xanımlarının mili hicabı olub. Biz bu çadraya bir qədər əlavələr etdik və bu çadranın kamilləşməsinə və yaxşı cəhətlərinin artmasına səbəb oldu. Bu çadrada üz tutmaq imkanı olduğu üçün sadə yarım dairəvi çadralar kimi cəlb edici deyil. Indiyədək çadraya heç bir irad olmayıb və heç bir zəif nöqtəsi görünməyib. Hicri-şəmsi 81-ci ildə biz bu çadra modelini hazırladıq və adını hüsna qoyduq. Əsil İran çadrasının uzun dəstəkləri var, onun qara modeli dizdən bir qarış aşağıyadəkdir, ehram modeli dizdən bir qarış yuxarıyadəkdir və güllü modeli ev istifadəsi üçündür, dizədəkdir və iki hissədən hazırlanıb. Yəni üst və aşağı hissələri bir-birlərindən ayrıdır. Hüsna çadrası heç bir iş zamanı şəxsə mane olmur. Evdar qadınlar, idmançı xanımlar idman zamanı ondan istifadə edə bilirlər. Küləkli havada çadra bədənə yapışmır, bədəni göstərmir.
Bu çadranın xüsusiyyətlərindən biri də budur ki, ayda bir dəfə də yumağa ehtiyac görülmür, çünki çirklənmir və yerlə sürünmür. Quruluşuna görə harasa ilişib, cırılmır. Bu çadranın tikilişinə adi çadralardakı qədər parça istifadə olunur və sadə parçalardan tikilir.

 

Xəbərdən istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button