ArxivQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bir gündə ailə münaqişəsi zəminində öldürülənlər…

Hər iki qadın bıçaqla qətlə yetirilib

Martın 2-də Azərbaycanda ailə münasibətləri zəminində daha iki qadın qətlə yetirilib. Bu hadisələrdən biri Yevlaxda, digəri isə Qobustan rayonunda baş verib.
Yevlax şəhərində yerləşən fərdi yaşayış evlərindən birində yaşayan 37 yaşlı Laləzar Bəkirova bıçaqla öldürülüb.
Hadisədən sonra onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Həsrət Bəkirov polis şöbəsinə gedərək, könüllü şəkildə təslim olub. O, həyat yoldaşını öldürdüyünü deyib.
Qobustan rayonunda isə 1982-ci il təvəllüdlü Günel Sadıqova bıçaqla qətlə yetirilib. Onu öldürməkdə şübhəli bilinən həyat yoldaşı Mürsəl Cabbarov daha sonra özünə xəsarət yetirib.
1973-cü il təvəllüdlü Mürsəl Cabbarovun hazırda polis müşayiəti altında xəstəxanada olduğu bildirilir.
Buna bənzər daha bir hadisə bir gün öncə Sumqayıtda baş verib. Martın 1-də axşam saat 18.00 radələrində Sumqayıt şəhərində Ceyhun Rzayev ailə münaqişəsi zəminində qaynını – 43 yaşlı Nicat Salahovu bıçaqla qətlə yetirib. O, daha sonra kimyəvi məhlul içərək, özünə qəsd edib.
48 yaşlı Ceyhun Rzayev xəstəxanaya çatdırılsa da, gecə saatlarında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.
Martın 1-də Salyanda da hər ailədən iki nəfərin qətlə yetirildiyi iki fərqli hadisə baş verib. Rayonun Kərimbəyli kəndində keçmiş baş həkim və həyat yoldaşı, Pambıqkənddə isə ana və oğlu qətlə yetirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button