AktualAktualArxivXəbər lentiXəbərlər

Munadi Parlamentin iclasında: Qarabağ İslam torpağı, Azərbaycanın torpağıdır

Təbriz, Osku və Azərşəhər əhalisinin İslami Şura Məclisində nümayəndəsi Ermənistanın Azərbaycan torpağına təcavüzünü məhkum etməklə yanaşı deyib: “Qarabağ İslam ərazisi və Azərbaycanın torpağıdır”.
Qafqaz Mədəniyyət Mərkəzi – Əlirza Munadi Sefidan İslami Şura Məclisinin iclasındakı çıxışında Ermənistanın Azərbaycan torpağına təcavüzünə toxunaraq deyib: “Dövlətdən istəyirəm ki, Ermənistanın Qarabağda törətdiyi cinayətləri məhkum etsin”.
Nümayəndə əlavə edib: “Ali Məqamlı Rəhbər Ayətullah Xamenei deyib ki, Qarabağ İslam torpağıdır,Qarabağ Azərbaycan torpağıdırvə biz bütüngücümüzlə Ermənilərin Qarabağdakı təcavüzünü pisləməliyik”.
Munadi Ermənistanın Azərbaycan torpağına təcavüzünü və Azərbaycan ordusunun 13 nəfər əsgərini şəhid etməsini məhkum etməklə yanaşı deyib: “Biz Dağlıq Qarabağın Ermənistanın əsarətindən azad olmasını istəyirik. Qarabağ Azərbaycana qaytarılmalıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button