ArxivIslamQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müharibədən kiçik bir hekayə

Azərbaycanın gəlcəyi olan uşaqların vətənpərvərlik ruhunda böyüməsi qürurvericidir. Bunun üçün təkcə məktəbdə deyil, ailədə də, kompleks maariflənmə işləri aparılmalıdır. Belə bir təbliğatın nəticəsi olaraq redaksiyamıza Məhəmməd Hüseyn adlı məktəblimiz maraqlı bir yazı ünvanlayıb. Vətənpərvərlik ruhunda yazılan yazı bir məktəblinin Qarabağ müharibəsində təsəvvür etdiyi səhnənin təcəssümüdür. Yazını sizə təqdim edirik.

 

“Müharibədən kiçik bir hekayə

“Hey, Ruslan, axı ora minalarla doludur!”- Amma Ruslan o sözü eşidəndə ayağı minaya basılmışdı, Ruslan qazi olaraq qaldı. Hüseyn onun yanına gedib dedi:

   – Ruslan axı mən sənə dedim ki,ora minalarla doludur niyə getdin?

   – Hüseyn, axı sən mənə onu deyəndə, mənim ayağım minaya basılmışdı.

   – Nə isə artıq dalaşmayaq, yaran ağırdır?

   – Həm də çox.

   – Onda sən tərpənmə mən səni tibb məntəqəsinə aparım.

   –  Yaxşı.

Hüseyn Ruslanı xəstəxanaya aparanda qabağına üç düşmən çıxdı, Hüseyn qaçmaq istəyəndə Ruslan:

   -Qaçma, Hüseyn, düşməni sevindirmə, məni yerə qoy, sən döyüş!

Hüseyn düşmənlərin qabağına çıxdı və əlini silahına uzatdı, bir də nə görsə yaxşıdır? Silahını Ruslanın yanında saxlayıb. Hüseyn:

    -Ruslan, mənim silahım sənin yanındadır, silahımı mənə at!

Ruslan silahı Hüseynə atdı. Hüseyn əlindəki silahla düşmənlərə atəş açdı, ancaq üç düşməndən ikisini vura bilmişdi və mərmisi də bitmişdi. Mərmi bitəndə Hüseyn gördü ki, Ruslanın qan axması dayanmır. Hüseyn bunu görüb hirslə düşmənin üstünə qaçdı, bıçağı ilə düşmənin boğazını kəsdi. Sonra isə Ruslanı tibb məntəqəsinə apardı. Komandir Hüseyn və Ruslana tərifnamə verdi. Ruslan aldığı yara ilə əlaqədar təxris olundu. O, qazi olsa da, bu, onu sevindirirdi.  

 

Muradlı Məhəmməd Hüseyn”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button