ArxivXəbər lentiXəbərlər

MTN-dəki dəstə ilə bağlı daha bir sensasion məlumat yayıldı

Bina yanğınıyla diqqəti yayındırmağa çalışıblar!

“Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və dəstəsi hələ 2015-ci ilin əvvəllərində onlarla bağlı əməliyyat hazırlanmasından şübhələniblər. Ona görə də Eldar Mahmudov və dəstəsinin əsas fiqurları olan Akif Çovdarov, Teymur Quliyev və digər generallar bir-birləri ilə uzun müddət istifadə etdikləri mobil nömrələrlə əlaqə saxlamağı dayandırıblar. Onlar çoxlu sayda yeni telefonlar və nömrələrdən istifadə ediblər”.

Bu barədə məlumatı “Azadlıq” qəzeti yayıb.

Qəzetin yazdığına görə, məlumatı onlara verən mənbə iddia edir ki, Eldar Mahmudov və dəstəsində Azərbaycanın müttəfiq ölkələrinin onları dinlədikləri barədə öncədən şübhələr olub.

Qaynaq daha sonra bildirib ki, hakimiyyət düşərgəsində də belə düşünənlər var ki, Eldar Mahmudov və dəstəsi onlarla bağlı əməliyyat hazırlanmasından əvvəlcədən duyuq düşüblər. Ona görə də bu fikirdə olanlar 2015-ci ildə cəmiyyəti silkələyən hadisələrlə MTN işi arasında əlaqə axtarırlar. Söhbət “kredit qalmaqalı”, Azadlıq prospektində 16 nəfərin ölümü ilə bağlı yanğın və “Atletlər kəndi”ndə qəzadan gedir.

Mənbənin iddiasına görə, hakimiyyətdə belə qənaət var ki, bu hadisələr bir-birilə əlaqəlidir. Ehtimal olunur ki, hər iki hadisə Eldar Mahmudovun qudası Cahangir Hacıyevin əsas fiqur olduğu “kredit qalmaqalı”ndan diqqəti yayındırmaq üçün qəsdən törədilib. Təsadüfi deyil ki, bir müddət əvvəl yanan bina ilə bağlı cinayət işinin “MTN işi”nə birləşdirildiyi barədə məlumat yayıldı. Həmçinin “Atletlər kəndi”ndəki qəza ilə bağlı məhkəmə prosesində bəlli olub ki, sürücülərin siyahısını MTN təsdiqləyib. Lakin “MTN işi” ilə bağlı istintaqda bu hadisələr arasında əlaqənin sübuta yetirildiyi, ümumiyyətlə bu məsələnin araşdırılması araşdırılması barədə məlumat yoxdur. “Bu, sadəcə hakimiyyət komandasının bir qolunun qənaətidir. Mümkündür ki, bu ehtimallar araşdırılsın. Amma bu barədə dəqiq bilgi yoxdur”, – deyə “Azadliq”ın mənbəsi bildirib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button