ArxivmədəniyyatSosialXəbər lentiXəbərlər

“Shafaqna Azərbaycanca” fəaliyyətə başladı – MÜSAHİBƏ

“Shafaqna Azərbaycanca”nın fəaliyyətə başlaması ilə əlaqədar “Alulbayt Gürcüstan”ın rəhbəri və böyük mərcəi təqlid müctehidi Ayətullahül Üzma Seyid Əli Sistaninin tam səlahiyyətli vəkili Ayətullah Şəhristaninin Gürcüstan təmsilçisi,  Hacı Faiq Nəbiyevlə müsahibə.

Salam Hacı. Bizim Allahın iznilə, başda Ayətullah Şəhristani və sizin xeyir dualarınız ilə fəaliyyətə başladığımız “Shafaqna Qafqaz” ilə bağlı saytın izləyicilərinə bu böyük layihə haqqında fikirlərinizi bildirməyinizi istəyirik.

– Bismillahir Rəhmanir Rəhim. Bütün dostları, saytın izləyicilərini və bu azərbaycanca fəaliyyət göstərən böyük bir layihəni sevə-sevə təqib edəcək dostları salamlayıram.

“Shafaqna” Xəbər Agentliyinin çox dilli xəbər saytının bizim reqionda izlənməsinə böyük ehtiyac yaranmışdı. Biz Ayətullahül Üzma Seyid Əli Sistaninin tam səlahiyyətli vəkili Ayətullah Şəhristani ilə bu mövzuda məsləhətləşmədən sonra “Shafaqna Qafqaz” layihəsinə başladıq. “Shafaqna Azərbaycanca” (Şafaqna Azərbaycanca)  bu layihənin ilk portalıdır. Seyid Şəhristani ilə telefonla danışdım, müvəffəq olmamız üçün xeyir dua verdi. Ümid edirik ki, gələcəkdə digər dillərdə də fəaliyyət göstərəcək.

“Shafaqna Qafqaz”ın  hansı formatda işləyəcəyi  ilə bağlı  nə deyə bilərsiniz?

– Sözün düzü mən əvvəllər “Müctəba” Jurnalı təsis edib yazılı çap mediasında fəaliyyət göstərmişəm. Online üzrə isə yeni formatda yeni işlərlə bağlı dostlarımızla məsləhətləşdik.  15 ilə yaxındır həm İslami, həm də dünyavi medianın içində olan iki nəfərlə görüş keçirdim.  Bu layihəni bərabər işləmək haqqında razılaşdıq.

Uzun illər sayt baş redaktoru olan jurnalist Ramin Bayramov  “Shafaqna Qafqaz”ın Yazı İşləri Müdiri,

Televiziya və  Video layihələr  üzrə mütəxəssis  Emin Səmədov “Shafaqna Qafqaz”ın  Video və Sosial Şəbəkə İşləri  Müdiri təyin olundu.

Yeni Media və yeni standartlara uyğun  gözəl video  layihələrlə aparıcı agentliklərin işlədiyi formatda, həmçinin istər Gürcüstan, istər Azərbaycan,  istərsə də İslam Dünyası və Dünya xəbərləri ilə  izləyicilərimizin diqqətini çəkəcəyini düşünürəm.

“Shafaqna” özünün yayım siyasətinə görə,  “böhtan, tərəfkeşlik, təhqir, sərt  tənqid, ümumiyyətlə ölkələrin daxili, xarici siyasətlərinə mənfi imic formalaşdıran şərh yazmaq, bu istiqamətdə hədəfə almaq kimi xəbər və məlumatlar” yayımlamır. Odur ki, izləyicilərimiz Az.shafaqna.com portalında da bu yayım siyasətini görəcəklər.

“Shafaqna Qafqaz”ın mərkəzi ofisini Tbilisidə qərar verdik. Koronavirus pandemiyasından sonra Gürcüstan paytaxtında “Shafaqna” və “Alulbayt Gürcüstan” tərəfindən müxtəlif tədbirlər təşkil etməyi düşünürük.

İzləyicilərimizə  sürpriz olsun deyə layihə və tədbirlər haqqında ətraflı məlumat vermək istəmirəm. İstər Gürcüstan, istər Azərbaycan ilahiyyatçıları, ekspert və mütəxəssislərin  “Shafaqna” ilə əməkdaşlıq edəcəyini ümid edirik.

islamazeri.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button