ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Moskvada İmam Hüseyn (ə) və İmam Səccad (ə) mövludları geniş qeyd olunub

Moskva İslam Mərkəzi və Xanım Fatimeyi-Zəhra (sə) adına olan hüseyniyyədə İmam Hüseyn (ə) mövludu və Şəban ayı mövludları münasibətilə geniş tədbir baş tutub.

xəbər verir ki, bu tədbirlərdə tanınmış ilahiyyatçılar, şairlər və məddahlar çıxış edib. Moskva Əhli-beyt (ə) İslam Cəmiyyətinin təşəbbüsü ilə Moskva İslam Mərkəzindəki tədbir müqəddəs Qurani-Kərim tilavəti ilə başlayıb. Mərasimdə çıxışlar edən cəmiyyətin sədri Hacı Nizami Baloğlanov və ilahiyyatçı Hacı Oqtay Məmmədov Əhli-beyt (ə) fəzilətlərindən söz açıblar.

Mövlud gecəsində İmam Hüseyn (ə) və İmam Səccadın (ə) həyatından bəhs edən film nümayiş olunub. Film tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Həmçinin məddah Kərbəlayi İlkin və Hacı Hüseyn Hüseyninin rəhbərlik etdiyi Moskva Əhli-beyt (ə) Məddahlar Qrupu öz mədhiyyələri ilə zaldakı qonaqları coşdurmuş, onlara bayram əhval-ruhiyyəsi bəxş ediblər.

Mövllu mərasiminin davamında Kərbəlayi Əliəkbər Qasımov rus dilində çıxış edib. Gecə boyu davam edən bayram abu-havası aparıcının Əhli-beyt (ə) həsr olunan şerləri ilə tamamlanıb.

Moskva Şiələrinin Dini Təşkilatı tərəfindən həyata keçən mərasimdə müqəddəs günlər münasibətilə söhbətlər olunub, Əhli-beyt (ə) şair və məddahları tərəfindən şeirlər oxunub, ilahilər ifa olunub.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button