ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Gürcüstan müxalifəti fasiləsiz etiraz aksiyaları elan etdi

Bu gündən etibarən Gürcüstan müxalifəti fövqəladə fəaliyyət rejiminə keçir.

Qafqaz.ir xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının üzvü Zaal Udumaşvili bildirib.

Onun sözlərinə görə, mayın 15-də müxalifət Tbilisinin Rustaveli prospektində etiraz aksiyası keçirəcək:

“Bu tarixə qədər isə mitinqlər həm paytaxt, həm də bölgələrdə təşkil olunacaq. Müxalifət fasiləsiz etiraz aksiyaları rejiminə keçir”.

Müxalifətçi davamlı etirazların sonda qələbə və ölkədə müsbət dəyişikliklərlə nəticələnəcəyini qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button