Xəbərlər

İran Azərbaycan münasibətlərində qardaşlıq yenə də birinci olacaq

İran hakimiyyəti Azərbaycanı özünə qardaş bildiyindən çox qüsurlara göz yumur, üstünü vurmur.

Bu arada seçki mövsümünün olmasına baxmayaraq Azərbayacan İran münasibətlərinə də mətbuat yer ayrır. Sözsüz ki, İranda yeni prezident Həsən Rohaninin xarici siyasətindəki gözə çarpan məqamları zərif dəyişiliklər kimi dünya mətbuatı olduğu kimi Azərbaycan mətbuatı da qeyd edir, ancaq bu məsələyə yanaşma və şərhlər fərqlidir. Bəziləri İranın xarici işlər naziri Məhmməd Cavad Zərifin Bakıya gözlənilə səfərinin tarixinin dəqiqləşdirilməməsinin səbəbini məhz rəsmi Tehranın Azərbaycnla münasibətlərindəki nəzərdə tutduğu dəyişiliklərin nəzəri konsepsiyasının hazırlanma prosesində olduğu ilə əlaqələndirir. Belə iddiada olan politoloqlara görə İran prezidenti son 34 ildə ilk dəfə ABŞ prezidenti ilə birbaşa telefon danışığına getdiyi üçün Azərbaycanla da əlaqələrdə yeni səhifə açmaq istəyəcək, ancaq burda həmin siyasətşünaslar bir şeyi unudurlar ki, Azərbaycan ABŞ deyil, heç regionda güclü dövlətlərin sırasında da deyil. Düzdür İsraillə ən yaxın münasibətləri olan İran qonşularından və sionist dövləti ilə İrana qarşı çox az sayda olan müttəfiqlərdəndir, buna da İran hakimiyyəti prezident Əhmədinejatın dövründə göz yumduğu kimi bu gün də göz yumacağını gözləmək olar. Çünki hazırkı İran hakimiyyəti də İlham Əliyevin müstəqil siyasət aparmaq yanaşmasını təbbi qarşılayır hətta bu siyasət sionist hiyləsinin sifarişi olsa belə. Ən əsası onu da vurğulamaq lazımdır ki, İran hakimiyyəti Azərbaycanı özünə qardaş bildiyindən çox qüsurlara göz yumur, üstünü vurmur.

İranın xarici işlər naziri Bakı iclasında iştirak edəcək

İran İslam Respublikasının Bakıdakı səfiri Möhsün Pakain, müştərək komissiyanın İranlı sədrinin İranın xarici işlər nazirinin olduğunu bildirərək deyib: iki ölkənin müştərək əməkdaşlıq komissiyasının 9-cu iclası Bakıda keçiriləcək. İranın Bakıdakı səfiri deyib: hələ bu iclasın dəqiq tarixi müəyyənləşdirilməyib və iki ölkə diplomatları arasında bu barədə danışıqlar gedir lakin bu iclasın Azərbaycan respublikasında prezident seçkilərindən sonra keçiriləcəyi proqnozlaşdırılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button