ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Medvedev Makrona Fransanın Mali, Ruanda, Konqo və Əlcəzairdə axıtdığı qanları xatırladıb

Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Qafqazda dağıdıcı rolu barədə bəyanatını Fransanın özünün iyrənc müstəmləkə keçmişindən qaynaqlanır.

bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” social şəbəkəsindəki səhifəsində bildirib.

“Avropa siyasətinin sevimli üsulu öz günahını kiminsə üstünə tamaqdır. Fransa prezidenti Emmanuel Makronun son bəyanatına başqa izah verməyə ehtiyac yoxdur”, – deyə Medvedev yazıb.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Fransa liderinin Rusiyanı Ermənistan-Azərbaycan sərhəddində sabitliyi pozmaqda ittiham etməsini də xatırladıb.

“Bəyanat daha çox yanlışdır”, – deyə Medvedev əlavə edib.

O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin artıq Makronun bu sözlərini təhrif və qəbuledilməz adlandırıb:

“Makron, əslində, Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı”

Onun sözlərinə görə, Fransa prezidenti müdrik və nəcib görünməyə çalışır, lakin bu baxımdan Fransanın özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır.

“Malidə, Ruandada, Konqoda, Əlcəzairdə qan su yerinə axdı.

Makron özü bir vaxtlar Afriakda Tutsi soyqırımına görə üzr istəyib. Bu tayfada insanların başları kəsildi və tamamilə kəndlər məhv edildi. Quyular cəsədlə dolu idi. Fransa hökumətinin illər boyu siyasəti “parçala höküm sür” olub”,- deyə Medvedev əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button