ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Elçin Sadıqov Rasim Məmmədovun məhkəməsinə buraxılmadı

Vəkil Elçin Sadıqov müdafiəçisi olduğu, hazırda həbsdə olan iş adamı Rasim Məmmədovun məhkəməsinə buraxılmayıb.

bu barədə o, öz feysbuk hesabında paylaşım edib. Vəkil iddia edib edib ki, onun sözügedən prosesə buraxılmaması sifarişlidir:

“Bakı Ağır Cinayətlər Məhkəməsinə sifariş veriblər ki, məni Rasim Məmmədovun məhkəmə iclasına buraxmasınlar. Qorxurlar ki, vəsatəti yenə qaldıraram. Xahiş edirəm, məhkəmələrə deyin məni buraxsınlar”.

Qeyd edək ki, “Baku Steel Company” şirkətinin sabiq direktoru Rasim Məmmədov külli miqdarda yeyintidə ittiham olunaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Məhkəmə zamanı onun vəkili Elçin Sadıqov da həbs edilib. Belə ki, vəkilin R.Məmmədovun ailəsindən jurnalist Əvəz Zeynallıya 20 min manat alınıb verilməsində iştirak etdiyi iddia olunub. E.Sadıqov 1 həftəlik həbsdən sonra ev dustaqlığına buraxılıb. Hazırda onun barəsindəki cinayət işi üzrə istintaq davam edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button