ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

MBH üzvü işgəncəyə məruz qaldığını bildirib

İyunun 7-də saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov işgəncələr məruz qaldığını bildirib.

qafqaz.ir Turan Xəbər Agentliyinə istinadla yaydığı xəbərə əsasən, bu barədə Müdafə Xətti hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov facebook səhifəsində məlumat yayıb.

Hüquq müdafiəçisi deyib: “Saxlanandan sonra Hümbətov ailəsi ilə bir neçə dəqiqə ərzində telefonla danışıb. Telefon danışığı zamanı o ailə üzvlərinə məlumat verə bilib ki, Daxili İşlər Nazirlinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarərəsində 6 gün saxlanılaraq işgəncəyə məruz qalıb. Fiziki və psixi zorakılığın təsiri altında saxta izahat və ifadələrə imza atıb.”

Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov iyunun 7-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində saxlanılaraq naməlum istiqamətə aparılıb.

İyunun 9-da ona Cinayət Məcəlləsinin Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmədə ittiham irəli sürülüb, barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçib.

Hüquq müdafiəçisi qeyd edib ki, Razi Hümbətov fəaliyyəti boyu, xüsusilə də sosial şəbəkələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt mövqe ifadə edib.

Öz növbəsində Daxili İşlər Nazirliynin Mətbuat xidməti Razi Hümbətovun fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı iddialrını rədd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button