ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Makron: Erməniləri heç vaxt tək qoymayacağıq

Fransa Prezidenti Emmanuel Makron Tvitter səhifəsində yazıb: “Biz heç vaxt erməniləri tək qoymayacağıq. Həmişə davamlı sülh üçün həll yolları axtaracağıq. Qarşıdan gələn bayramların sülh və humanitar sahədə nailiyyətlər dövrünə çevrilməsinə çağırıram”, – deyə Fransanın dövlət başçısı bildirib.

Qüyd edək ki, Brüsseldə, Şərq Tərəfdaşlığı Sammitinin başa çatmasından sonra gecə saatlarında Makronun iştirakı ilə Azərbaycan lideri Əliyevlə Ermənistan Baş naziri Paşinyanın daha bir “qeyri-formal” görüş baş tutub və onun ardınca Fransa prezidenti bu açıqlamanı verib.

Hələlik tərəflərdən heç biri Makron-Əliyev-Paşinyan üçtərəfli görüşünün təfərrüatı barədə məlumat yaymayıb. Amma aydındır ki, müharibənin nəticələrinin aradan qaldırılması və vəziyyətin sülh yolu ilə həllinin axtarışı məsələləri müzakirə olunub.

Ən maraqlı məqam isə bir gün sonra Yelisey Sarayından yayılan açıqlama olub. Bildirilir ki, liderlər müzakirə olunan məsələlər barədə növbəti dəfə danışmaq barədə razılaşıblar.

Müşahidəçilər bildirirlər ki, Fransanın da mövqeyi aydındır və Makronun Əliyev-Paşinyan görüşünə təşəbbüsündə problemin həllinə deyil, İrəvanı müdafiə məqsədi güddüyü də kimsəyə sirr deyil.

Yeri gəlmişkən bildirək ki, Fransa prezidenti iyunun 23-də Ermənistanın baş nazirinə parlament seçkilərində qələbəsi münasibətilə yazdığı məktubda Qarabağ məsələsi və hüquqi dövlət quruculuğu sahəsində Ermənistana tam dəstək verməyə hazırlığını bildirib.

Makron, həmçinin Fransanın Qarabağ probleminin “Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət” şərtilə həllinə kömək etməyə də hazır olduğunu vurğulayıb. O yazıb ki, regionda siyasi stabilliyin yeganə yolu ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ problemi ilə bağlı nizamlama danışıqlarının bərpasıdır.

Qeyd edək ki, Qarabağ probleminin Ermənistanın ərazi bütövlüyü çərçivəsində həllinə Fransanın necə kömək edə biləcəyi bəlli deyil. Çünki Qarabağ beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyünə aid məsələdir.

Bundan əlavə Fransa dövlət başçısı Azərbaycanla Ermənistan arasında yaranmış sərhəd problemləri ilə əlaqədar Azərbaycanı “işğalçı dövlət” adlandırmışdı.

Azərbaycan hakimiyyəti fransanı Qarabağ müharibəsi zamanı özünü yaxşı aparmamaqda ittiham edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button