ArxivSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Amensty İnternational Azərbaycanda dinc etirazların polis tərəfindən dağıdılmasını pisləyib

Təşkilat qeyd edir ki, hakimiyyət ifadə azadlığı və dinc toplaşmaq hüququndan istifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri dərhal və qeyd-şərtsiz azad etməli, polisin küçədə lüzumsuz və ya həddindən artıq güc tətbiq etməsinə dair bütün halları, işgəncə və digər pis rəftar iddialarını səmərəli şəkildə araşdırmalı, saxlanılan şəxslər və şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilməlidir.

Amnesty İnternational dekabrın 1-də siyasi fəal Saleh Rüstəmlinin azadlığı tələbi ilə Bakıda dinc etiraz aksiyasının zorakılıqla dağıdıldığını və aksiya iştirakçılarının polis tərəfindən təzyiqlərə məruz qaldığını xatırladıb.

Amnesty International həmçinin Azərbaycan hakimiyyətinin azadlıq hüququnun həyata keçirilməsini qadağan etməkdə davam etməsindən narahat olduğunu deyir.

“Bu, həm milli qanunlara, həm də Azərbaycanın beynəlxalq öhdəliklərinə ziddir.  Bundan başqa, təşkilat Azərbaycan hakimiyyətinin dinc etirazları məhdudlaşdırmasını əsaslandırmaq üçün pandemiya ilə bağlı qaydaları və məhdudiyyətləri özbaşına tətbiq etməyə davam edirlməsidən narahatdır”.

Qeyd edək ki, dünənki aksiyada bütün saxlanılan şəxslər axşamtərəfi sərbəst buraxılıblar. Bu zaman 9 fəala İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi yəni karantin rejimini pozma ittihamı ilə pul cərimələri kəsilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button