ArxivXəbər lentiXəbərlər

M.Pakayin: “Suriyadakı səhvi Yəməndə təkrarlamayın”

İran İslam Respublikasının Azərbaycandakı səfiri beynəlxalq aləmə çağırış etdi

«Müstəqil ölkəyə qarşı hərbi əməliyyatlar keçirmək həmin ölkənin süverenliyini və beynəlxalq qanunları pozmaqdır və günahsız insanların öldürülməsindən, dağıntıların və xarabalıqların yaranmasından başqa bir nəticəsi olmayacaq». FaktXəbər-in verdiyi məlumata görə, İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin Səfir bu gün media nümayəndələrinə verdiyi açıqlamasında deyib.
O, Yəməndə vəziyyətin pisləşməsinə və dinc sakinlərin qətlə yetirilməsinə görə narahatlığını bildirərək beynəlxalq birliyi, dünyanın sülhsevər ölkələrini, xüsusilə region ölkələrini Yəməndə hərbi əməliyyatların dərhal dayandırılması üçün səy göstərmələrinə çağırıb: «Beynəlxalq təşkilatlar və birliklərin müstəqil ölkələrə, o cümlədən Suriyaya müdaxilənin müqabilində sükut etməsi regionda böhranın daha da dərinləşməsinə səbəb olur və beynəlxalq aləmin bu səhvi Yəməndə təkrarlamayacağına ümid edirəm».
Səfir İranın Yəməndə baş verən hadisələri diqqətdə saxladığını bəyan edib: «Yəmənin daxili münaqişəsi sülh və danışıq yolu ilə və digər ölkələrin müdaxiləsi olmadan həll olunmalıdır. İran sülhsevər ölkə olaraq Yəməndə böhranın və beynəlxalq qanunların pozulmasının qarşısını almaq üçün çalışacaq».
Pakayin dedi: İran Yəmən böhranının ilk vaxtlarından bütün Yəmən qrupları arasında danışıqların keçirilməsini istəmişdi və bildirmişdi ki, üçüncü qüvvələrin müdaxiləsi bu böhranın daha da dərinləşməsinə, ölkədə terrorizm və radikallığın artmasına səbəb olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button