ArxivXəbər lentiXəbərlər

İŞİD-ə qoşulmaq istəyən 4 azərbaycanlı tutuldu

Onlar Qaziantepdən keçərək münaqişə ocağına getmək niyyətində olublar.

Türkiyədə İŞİD terrorçularına qoşulmaq üçün Suriyaya getməyə çalışan 471 nəfər yaxalanıb.

Oxu.Az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, saxlanılanlar Qaziantepdən keçərək münaqişə ocağına getmək niyyətində olublar.

Saxlanılanların böyük əksəriyyəti türklər olsa da, onların arasında əcnəbilər də var. Onlardan 64-ü Rusiya, 8 Liviya, 7 Mərakeş, 7 Fransa, 51 Suriya, 4 Tunis, 5 Səudiyyə Ərəbistanı, 11 Almaniya, 2 Çin, 1 Norveç, 10 Qazaxıstan, 2 İtaliya, 1 İsveç, 4 Azərbaycan, 1 İspaniya, 5 Tacikistan, 1 Hollandiya, 1 Banqladeş, 1 Misir, 3 Özbəkistan, 1 Gürcüstan, 1 Bəhreyn, 4 Makedoniya, 18 İndoneziya, 2 Pakistan, 4 Qırğızıstan və sairə ölkə vətəndaşları olub.

269 şəxs barəsində “terror təşkilatına qoşulma” maddəsi ilə cinayət işi açılıb. 214 nəfər isə deportasiya edilib.

www.oxu.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button