ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

M.C Zərif: Regional əməkdaşlıq üçün böyük imkanlar yaranıb

İranın xarici işlər naziri: Tehran Azərbaycan Respublikası və Ermənistan başçılarının qarşılıqlı razılaşmalara nail olmaq üzrə hazırlıqlarını alqışlayır.

Qafqaz.ir-nin məlumatına əsasən,Məhəmməd Cavad Zərif dünən Bakı və İrəvana səfərdən sonra bir tvittdə yazıb ki, “Azərbaycan və Ermənistanda ikitərəfli əlaqələr və son gərginliklər barədə intensiv danışıqlar apardıq.”

İran İslam Respublikasının daima bütün ölkələrin ərazi bütövlüyünə hörmət etdiyinə toxunan Zərif vurğulayıb ki, Tehran Azərbaycan Respublikası və Ermənistan başçılarının qarşılıqlı razılaşmalara nail olmaq üzrə hazırlıqlarını alqışlayır.

İran İslam Respublikasının xarici işlər naziri dünən öz səfərinin davamında Bakıdan İrəvana gedib. O, İrəvanda Ermənisanın prezidenti, həmçinin bu ölkənin baş nazir və xarici işlər naziri vəzifələrini icra edən şəxslərlə görüşüb.

İİR XİN başçısı öz Tvittində “İranın həmişə hər bir ölkənin ərazi bütövlüyünə hörmət etməkdə israrlı olduğunu vurğulayaraq yazıb: “Regional əməkdaşlıq üçün böyük imkanlar yaranıb.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button