ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ayətullah Xamenei prezident seçkiləri ilə bağlı İran xalqına çağırış etdi

Qafqaz.ir-un verdiyi xəbərə görə, İran İslam Respublikasının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün ölkə parlamentinin üzvləri qarşısında videokonfrans formatında çıxışı zamanı ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı İran xalqına müraciət edib.

Ayətullah Xamenei verdiyi açıqlama zamanı bildirib:

“Əziz İran xalqı bilməlidir ki, seçkilər bir gün olsa da, təsiri illərlə qalır. Seçkiləri özünüzə aid bilin. Allahdan diləyin ki, sizi ən layiqlisini seçməyə istiqamətləndirsin”.

Həmçinin son günlərdə Nəzarət Şurası tərəfindən namizədlərin seçkilərə qatılmaq səlahiyyətlərinin araşdırılması və bu istiqamətdə görünən tədbirlərə toxunan Ali lider vətəndaşlardan seçkiləri gözdən salanlara fikir verməməyi istəyib.

Bundan əlavə, Ayətullah Xamenei namizədliyi qəbul edilməyənlərə şuranın qərarlarına hörmət göstərdikləri üçün təşəkkür edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button