ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Kütləvi etirazlar İsraili çənginə aldı

Müdafiə naziri Yoav Qalantın baş nazir Binyamin Netanyahu tərəfindən vəzifəsindən azad edilməsindən sonra İsraildə yüzminlərlə – 600-700 min insan bazar günü axşam saatlarında küçələrə çıxıb.

qafqaz.ir/az türk mediasına istinadən xəbər verir ki, bazar günü Netanyahu müdafiə naziri istefaya göndərib. Qalant şənbə günü koalisiya hökumətinin irəli sürdüyü məhkəmə islahatlarına qarşı çıxmışdı.

Yüzminlərlə insan müxtəlif şəhərlərdə spontan kütləvi nümayişlərə qatılıb.

Tel-Əvivdə etirazçılar Ayalon şosseinə çıxaraq şəhərin bu iri nəqliyyat magistlarında hərəkətin qarşısını alıblar. Küçənin ortasında onlarla tonqal qalanıb.

Nümayişçilər Netanyahunun istefasını tələb ediblər.

Netanyahunun Qüdsdəki iqamətgahının yaxınlığında etirazçılarla polis arasında toqquşmalar baş verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button