ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bakıda piyada keçidləri niyə keçilməz olub

Sakinlər bildirib ki, piyada keçidinin eskalatoru işləmədiyindən, piyadalar həyatlarını təhlükəyə ataraq yoldan keçirlər.
 Sputnik. Piyada keçidlərinin inşası piyadaların təhlükəsizliyi baxımından vacib olsa da, paytaxtda əksər yerüstü keçidlərin eskalatorunun işləmir. Bu barədə Sputnik Azərbaycan-a Bakı sakinləri məlumat verib.
Gülər Cumayeva Sputnik Azərbaycan-a bildirib ki, Azadlıq prospekti 196 ünvanında yerləşən piyada keçidinin eskalatoru işləmədiyindən o, hər gün övladları ilə bu keçidin pilləkənlərini piyada qalxıb-düşür. Həmsöhbətimiz bildirib ki, keçiddə eskalator tez-tez xarab olur: “Bu keçidin eskalatoru gündə xarab olur. Uşaqlı insanlar, yaşlılar çox əziyyət çəkir. Şikayət edəndən üç-dörd ay sonra təmir edirlər. Amma bir həftə keçmir ki, eyni vəziyyət təkrarlanır”.
Digər Bakı sakini Pirzadə Məmmədova da yerüstü piyada keçidinin eskalatorunun işləməməsinə bir növ adətkar olduğunu bildirib. Deyib ki, keçidin eskalatoru il ərzində bir ay ancaq işləyir: “İl ərzində bu keçidin eskalatoru üst-üstə bir ay ancaq işləyir. Yerdə qalan aylarda piyada qalxıb-düşürük. Ürəyim xəstədir. Amma məcburam bu pilləkənləri çətin də olsa qalxım”.
Ərazidə olarkən sakinlər bildirib ki, piyada keçidinin eskalatoru işləmədiyindən, piyadalar həyatlarını təhlükəyə ataraq yoldan keçirlər.
Səbail meydanında yerləşən piyada keçidinin də eskalatoru işləmir. Sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, keçiddən istifadə etsələr də, eskalatorla yox, pilləkənlə enib-qalxırlar. Onlar ərazidəki yeraltı piyada keçidin eskalatorunun tez-tez xarab olduğunu söylədilər.
qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button