ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İsraildə çöküş böhranı və Azərbaycan səfirinin etimadnaməsini bu rejimin başçısına təqdim etməsi

Netanyahunun ekstremist kabinetinin son hərəkətləri fonunda işğal olunmuş ərazilər daxilində gərginliyin artması ilə sionist rejim ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib və sionistlər arasında daxili müharibəsinin baş verməsi ilə bağlı xəbərdarlıqlar artıb.

SəhərAzərinin məlumatına əsasən, Sionist rejimin “kanal 12” telekanalı bildirib ki, bu rejimin müharibə naziri “Yoav Gallant”ın məhkəmə dəyişiklikləri böhranı səbəbindən tutduğu vəzifədən azad edilməsindən sonra, işğal olunmuş ərazilərdə nəzarəti itirən işğalçı İsrail ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib.

Kanal yüz minlərlə insanın Netanyahu hökumətinə qarşı nümayişə çıxmasından sonra “ordu”nun döyüş hazırlığı elan etdiyinə işarə edib.

Sionist rejim mediası bu rejim ordusunun keçmiş sözçüsü Avi Benyahuya istinadən yazıb: “Bu mərhələ İsrail tarixində ən qaranlıq dövrdür. Netanyahu bu gecə siyasi həyatına son qoydu. Kədərlənməyə və qorxmağa icazə verilir, diktatura artıq buradadır”.

Eyni kontekstdə sionist rejimin “Kan” kanalı bu rejimin polisi rəisinin bütün yaşayış məntəqələrində qüvvələrin gücləndirilməsi əmri verdiyini bildirib və “nümayişçilərin yalnız ifrat zorakılıq və vandalizm hallarında həbs edilməli olduğunu” vurğulayıb.

“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, öz növbəsində sionist rejim rəsmiləri və merləri bu gün, bazar ertəsi baş nazir Benyamin Netanyahunun ofisinin qarşısında aclıq aksiyası keçirəcəklərini açıqlayıblar.

Sionist rejim mediasının məlumatına görə, 600 mindən çox nümayişçi şimaldakı “Kiryat Şmona”dan cənubdakı “Eylat” şəhərinə qədər yürüş edib, polis isə nümayişçiləri işğal altındakı Qüdsdə Netanyahunun evinin yaxınlığından dağıtmaq üçün su vuran maşınlardan istifadə edib.

Sionist Kan şəbəkəsi həmçinin xəbər verib ki, İsrail polis rəisi bütün şəhərlərdə qüvvələrin gücləndirilməsi əmrini verib və zorakılıq və vandalizm hallarında nümayişçilərin həbs edilməli olduğunu vurğulayıb.

Məlumata əsasən, müharibə naziri Yoav Gallantın işdən çıxarılmasından sonra işğal altındakı Qüdsdə Netanyahunun evinin qarşısına minlərlə insan toplaşıb.

Sionist rejim mediası bir avtomobilin Tel-Əviv küçələrində bir qrup nümayişçinin üzərinə sürməyə çalışdığını bildirib.

Eyni zamanda, Əl-Məyadin müxbiri işğal altındakı Əkkada da bir avtomobilin nümayişçilərin üzərinə sürməyə cəhd edildiyini bildirib.

İvrit dilli media bildirib ki, Knesset qarşısında nümayişçilər Netanyahu hökumətini devirməyə çağıran şüarlar səsləndiriblər.

Galantın işdən çıxarılmasına münasibət bildirən İsrail təhlükəsizlik qurumunun keçmiş rəsmiləri bunun “ordunun darmadağın edilməsi yolunda böyük bir addım” olduğunu və “İsrailin daxili müharibə” astanasında olduğunu bildiriblər.

Eyni zamanda sionist rejim mediası nümayişçilərin etirazlar zamanı Netanyahunun evinin girişinə gəldiyini bildiriblər.

İşğalçı rejim polisinin yüksək rütbəli zabiti deyib: “Biz nümayişlərin keçirildiyi bir neçə yerdə nəzarəti itirmişik. Nümayişlər belə bir ssenariyə hazır olmayan sionist rejim hakimiyyətini təəccübləndirib”.

Digər tərəfdən işğalçı hökumətin keçmiş baş naziri Neftali Bennett bu gün axşam saatlarında “İsrail”in 1973-cü il müharibəsindən bəri mövcudluğunun ən təhlükəli nöqtəsində olduğunu bildirib və Netanyahunu məhkəmə islahatları qanununu dərhal dayandırmağa çağırıb.

Qeyd edək ki, İşğalçı hökumətin baş naziri Benyamin Netanyahu dünən, bazar günü məhkəmə dəyişiklikləri böhranı fonunda müharibə naziri Gallantı tutduğu vəzifədən azad edib.

Sionist rejimin ən kritik vəziyyətində Azərbaycan Respublikasının Fələstinin işğal olunmuş ərazilərinə yeni təyin olunmuş səfirinin dünən işğalçı rejimin prezidentinə etimadnaməsini təqdim etdiyi eşidilir.

Muxtar Məmmədov etimadnaməsini işğalçılara təqdim etdikdən sonra özünün bu əməlindən şərəf və qürur duyduğunu bildirib.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button