ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Kazım Cəlali: Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi olduqca vacibdir

Şərqlə Qərbi nəqliyyat baxımından birləşdirən və İran iqtisadiyyatına böyük töhfə verəcək Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi olduqca vacibdir.

Qafqaz.ir  xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali İRNA agentliyinə verdiyi müsahibədə deyib. O bildirib ki, Finlandiyaya qədər uzanan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolu Avropa ilə Asiyanı birləşdirəcək. Yüklərin tranzit daşınmasından yalnız İran deyil, Rusiya və digər region ölkələri də gəlir əldə edəcəklər. İran 164 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisini yekunlaşdırmaq üçün ciddi səylər göstərməlidir.

Səfir nəzərə çatdırıb ki, Çindən, Hindistandan və digər Cənub-Şərqi Asiya və Körfəz ölkələrindən yüklər İrandan tranzit keçərək Rəşt-Astara dəmir yolu ilə Avropaya və əks istiqamətə daşınacaq.

Qeyd etmək lazımdır ki, Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Bu yol İran ilə Azərbaycanın da dəmir yolları sistemlərini birləşdirəcək. İranın Bəndər-Abbas və Çabahar limanına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşınacaq. Hazırda Qəzvin-Rəşt yolu istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhərlərini birləşdirən 8,5 kilometrlik dəmir yolu da inşa olunub. Rəşt-Astara yolu istismara buraxıldıqdan sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmenti işə salınacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button