ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dakı səfirləri arasında görüş olub.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tviterdə yazıb.

“Səfir Mixael Hersoqu qonaq kimi qəbul etmək mənim üçün şərəfdir. Azərbaycan İsrail dostluğu regionda sülh, sabitlik və inkişaf üçün töhfədir!”, – Azərbaycan səfiri qeyd edib.

Həmçinin bu görüş barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik də paylaşım edib. O, tviterdə yazıb:

“İsrail səfiri Mixael Hersoqun Türkiyə səfiri də daxil olmaqla digər səfirlərlə birgə Vaşinqtonda Azərbaycan səfiri Xəzər İbrahim tərəfindən şam yeməyində görməyimə şad oldum”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button