ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

İslam İnqilabının başlanğıc nöqtəsi 15 Xorda – 5 İyun Qiyamının ildönümüdür

Bu gün İran xalqının, mərhum İmam Xomeyni həzrətlərinin mənfur Pəhləvi rejimi tərəfindən həbs olunmasına etiraz etdiyi ilk gün kimi tarixə düşüb. Olaylar 1963-cü il 5 iyun, İran təqvimilə 15 Xordadda baş vermişdir.

Həmin gün İmam Xomeyni İmam Hüseyn (ə) Aşurası günündə Feyziyyə mədrəsəsində etdiyi sərt çıxışında Pəhləvi rejiminin cinayətləri və Şahın İsraillə əlaqələrini ifşa etmiş və ardınca həbs edilmişdi.

İmam Xomeyninin həbsinə reaksiyada vətəndaşlar ruhaniyyətə dəstək göstərərək imamla ayrılmaz bağlarla müxtəlif şəhərlər, o cümlədən Tehran və Qumu Şah rejiminə qarşı genişmiqyaslı etirazlar səhnəsinə çevirdilər.

Bu ictimai etirazlar zamanı rejimin təhlükəsizlik qurumunun məmurları Qumun Feyziyyə mədrəsəsinə vəhşicəsinə basqın edərək, bir qrup insanı şəhid etdi, yaraladı və həbs etdi.

Beləliklə də bu gün zülm quruluşunun dağılması, imperializmə qarşı bütün hərəkatlar, o cümlədən İslami Müqavimət Hərəkatı və İslami Oyanış Hərəkatının başlanğıc nöqtəsidir.

 İran İslam Respublikasında rəsmi olaraq tətil elan olunan bu günü, İmam Xamenei tərəfindən İslam İnqilabın ilk qığılcımı kimi dəyərləndirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button