ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ayətullah Xamenei İranla Azərbaycanın qazın mübadiləsi ilə bağlı razılaşmasına çox əhəmiyyət verir – Nazir

 “İslam İnqilabının Ali rəhbəri Türkmənistan qazının İran yolu ilə Azərbaycana nəqlinə və svop razılaşmasına çox əhəmiyyət verir. Ali lideri bu razılaşmanın icrasına başlamasından xoşhaldır.”

bunu İranın Neft naziri Cavad Ouci Bakıya səfəri zamanı açıqlayıb.

O, ötən gün Bakıda Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının 33-cü ildönümü ilə bağlı keçirilən tədbirdəki çıxışında Azərbaycanla İran arasında qazın mübadiləsi ilə bağlı imzalanan son razılaşmaya diqqət çəkib.

Cavad Oucinin sözlərinə görə ötən yanvarda İranın prezidenti İbrahim Rəisi nazirlər kabinetinin həftəlik hesabatını Ayətullah Xameneiyə təqdim edən zaman, Ali lider qazın svopu ilə bağlı razılaşmanın icrası haqda soruşub.

“İbrahim Rəisi bu razılaşmanın icrasına başlanılması haqda Ali lideri məlumatlandırıb və o xoşhal olub”, deyə Cavad Ouci əlavə edib ki, Ali lideri bu razılaşmanın icrasına çox əhəmiyyət verir.

Qeyd edək ki, İranın neft naziri Cavad Ouci ilə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan qazının İran yolu ilə Azərbaycana nəqlinin iki qat artırılması haqda sənəd imzalayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button