ArxivXəbər lentiXəbərlər

İŞİD-in Moskva planı puç oldu

İŞİD terror təşkilatının Moskva planının qarşısı alınıb.

Qafqaz.ir-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Federal Təhlükəsizlik Xidməti Mərkəzi Asiyadan olan 2 nəfəri tutub. Onlar sentyabr ayının 1-i Mosvka şəhəri və Moskva vilayətində terror aktları törətməyi planlaşdırırlar.

“Bilik günü ərəfəsində saxlanılmışlardan biri internetdə İŞİD üzvlərinə video müraciət yayıb. Bu müraciətdə o terrorçulara beyət edib. Onun telefonundan təşkilat üzvlərinin kontaktları və cinayətin planları tapılıb.”, – deyə FTB İctimai Əlaqələr Mərkəzindən xəbər veriblər.

Terrorçulardan biri özünü partlatmaq, digəri isə soyuq silahla insanlara hücum etmək istəyirdi. Terrorçuların evlərində axtarış zamanı böyük qüvvəyə sahib kustar üsulla hazırlanmış partlayıcı qurğu tapılıb. Saxlanılan şəxs kamikadze olmaq istədiyini etiraf edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button