ArxivXəbər lentiXəbərlər

İŞİD-in 2400 nəfər üzvü rusmənşəlidirlər

Moskva KİV-lərinin yaydığı məlumata görə, hal-hazırda 2400 nəfər rus mənşəli Rusiya vətəndaşı İŞİD təkfirçi terrorist qruplaşmasının tərkibində terror əməliyyatlarında iştirak edirlər.

Qafqaz.ir APA – ya istinadən verdiyi xəbərə görə, “İŞİD” terror qruplaşması sıralarında 2400 nəfər Rusiya vətəndaşı döyüşür”.

Moskva KİV-lərinin yaydığı məlumata görə, bunu dünən, 18 Sentyabar 2015-ci il, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun birinci müavini, ordu generalı Sergey Smirnov bildirib.

Onun sözlərinə görə, FTX-nın (Federal Təhlükəsizlik Xidməti) məlumatlarına əsasən, “İŞİD” terror qruplaşması tərkibində Rusiya vətəndaşları ilə yanaşı Orta Asiya ölkələrinin 3 minədək vətəndaşı döyüşür.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun birinci müavini, ordu generalı Sergey Smirnov jurnalistlərin önündə çıxışı zamanı Avropaya hücum çəkən miqrantların vəziyyəti barədə dedi: Orta Şərqdən Avropya qaçan miqrantların sayı getdikcə çoxla və vəziyyət daha da pisləşə bilər. Bu isə Rusiya üçün potensial təhlükə hesab olunur.

O vurğuladı: Moskvanın Suriya hökumətini himayə etməsinin ölkəmiz üçün məfni təsirləri olacağı iddiası əsassızdır. Suriyalı vətəndaşların qaçqın düşməsində Rusiyanın heç bir payı yoxdur, bəlkə bu İŞİD terroristlərinin işğal etdiyi ərazilərinin çoxalmasına görədir.

Sergey Smirnov işarə ilə ABŞ-ı hədəfə alaraq dedi: Bəzi ölkələr çalışırlar ki, terrorizmlə mübarizə məsələsində beynəlxalq məsuliyyətin altından qaçsınlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button