ArxivIslamŞəkil​SONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İşğalçı İsrail rejiminin Qəzzaya təcavüzü davam edir: 212 fələstinli şəhid olub

Fələstin Səhiyyə Nazirliyi son 9 gün ərzində İsrail rejiminin Qəzzaya təcavüzü nəticəsində 212 nəfərin şəhid olduğunu və 1400 insanın yaralandığını açıqlayıb.

 Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə,  Qəzzada 61-u uşaq və 36-ı qadın olmaqla şəhid olanların sayının 212-ə, yaralıların sayının 1400-ə yüksəlib.

Səhiyyə Nazirliyinin sözçüsü  doktor Əşrəf Əl-Qidra bildirib ki, yaralılardan 400-ü uşaq və 270-si isə  qadındır.

O, Qəzzadakı xəstəxanalardakı yaralıların 50-dən çoxunun vəziyyətinin ağır olduğunu və 340-nın orta ağır olduğunu bldirib.

Onun sözlərinə görə, 400-dən çox insan bədəninin müxtəlif yerlərindən və 105 nəfər  isə başından yaralanıb.

Əl-Cəzirə telekanalının məlumatına görə, işğalçı rejimin Qəzzaya hücumları nəticəsində  100-dən çox bina dağıdılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button