ArxivIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranlı qadın ştangist dünyada ikinci olub

Bir hərəkətdə doxsan kiloqramlıq ağırlığı qaldırmaqla öz bürünc medalını qətiləşdirən Yekta Camali iki hərəkət və ümumi nəticədə medal uğrunda Gürcüstan və Meksika nümayəndələrilə sərt mübarizə aparıb.

Camali iki hərəkətdə öncə 107 kiloqramlıq ağırlığı asanlıqla başı üzərinə qaldırıb. O, növbəti cəhddə 115 kiloqramlıq ağırlığın öhdəsindən gələ bilib.

Üç yerdən birinə nail olmaq üçün Gürcüstan, Rusiya və Meksika nümayəndələrilə sıx rəqabət aparan İranın qızlardan ibarət milli komandasının kapitanı iki hərəkətdə 119 kiloqramlıq ağırlığı qaldırmağı bacarıb. Beləliklə o, iki hərəkətdə və ümumi nəticədə gümüş medalla kifayətlənib.

Camali ümumi nəticədə 205 kiloqramı öz adına qeydə aldırıb.

Camalinin medalı İran ağırlıqqaldırmasının qadınlar üzrə ilk gümüş medalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button